PASHA Property Management
Ana səhifə
/
/
/
İstismar xidməti üzrə böyük texnik (mexanik sahəsi)

İstismar xidməti üzrə böyük texnik (mexanik sahəsi)

29-10-2026

169

Təsvir

PAŞA Property Management “ İstismar xidməti üzrə böyük texnik ” vəzifəsi üzrə vakansiya elan edir.


Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. bu formata otuzdur vurgula ozde daxili vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • İsitmə, havalandırma və kondisioner (HVAC) sistemlərinin, nasosların, mühərriklərin və kompressorların müntəzəm texniki xidmətini həyata keçirmək;
  • Mexaniki nasazlıqları müəyyənləşdirmək və operativ aradan qaldırmaq;
  • Mexaniki avadanlıq və sistemlərin texniki tələblərə və çertyojlara uyğun quraşdırılmasında iştirak etmək, düzgün sazlanmasını və işləməsini təmin etmək;
  • Sistemlərin iş göstəricilərini ölçmək, sınaq və yoxlamalar aparmaq, nəticələri təhlil etmək;
  • Təhlükəsizlik risklərini müəyyənləşdirmək və aradan qaldırmaq, müvafiq norma və prosedurlara riayət etmək;
  • Görülmüş texniki xidmət, yoxlama və təmir işlərinin qeydiyyatını aparmaq;
  • Ehtiyat hissələrinin, alət və materialların uçotunu, düzgün saxlanmasını və işlək vəziyyətdə olmasını təmin etmək;
  • Avadanlıqların səmərəliliyini artırmaq və dayanma müddətlərini azaltmaq üçün təkmilləşdirmə tədbirləri təklif etmək;
  • Nasazlıqların və iş prosesində fasilələrin qarşısını almaq üçün profilaktik texniki xidmət və düzəldici tədbirlər həyata keçirmək.

Tələblər

  • Mexanika sahəsi üzrə peşə, orta ixtisas və ya ali təhsil;
  • Mexanik texnik kimi minimum 5 il iş təcrübəsi;
  • Qazanlar, çillerlər, nasoslar və havalandırma qurğuları daxil olmaqla HVAC sistemlərinin texniki xidməti, diaqnostikası və təmiri üzrə praktiki biliklər;
  • Mexaniki çertyojları, sxemləri və texniki planları oxumaq bacarığı;
  • Yağlama, filtr və ötürücü qayışların dəyişdirilməsi kimi profilaktik texniki xidmət işlərində təcrübə;
  • Mexaniki sistemlərə aid tikinti normaları, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri üzrə biliklər;
  • Nasazlıqları operativ müəyyənləşdirmək və aradan qaldırmaq bacarığı;
  • İşində dəqiq, məsuliyyətli olmaq və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Elektrik sistemləri üzrə biliklər üstünlükdür.


Vakansiya haqqında

Son tarix

November 12, 2026

Paylaşılıb

oktyabr 29, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Xidmət sahələri