PAŞA Property Management “ İstismar xidməti üzrə böyük texnik ” vəzifəsi üzrə vakansiya elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. bu formata otuzdur vurgula ozde daxili vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İsitmə, havalandırma və kondisioner (HVAC) sistemlərinin, nasosların, mühərriklərin və kompressorların müntəzəm texniki xidmətini həyata keçirmək;
- Mexaniki nasazlıqları müəyyənləşdirmək və operativ aradan qaldırmaq;
- Mexaniki avadanlıq və sistemlərin texniki tələblərə və çertyojlara uyğun quraşdırılmasında iştirak etmək, düzgün sazlanmasını və işləməsini təmin etmək;
- Sistemlərin iş göstəricilərini ölçmək, sınaq və yoxlamalar aparmaq, nəticələri təhlil etmək;
- Təhlükəsizlik risklərini müəyyənləşdirmək və aradan qaldırmaq, müvafiq norma və prosedurlara riayət etmək;
- Görülmüş texniki xidmət, yoxlama və təmir işlərinin qeydiyyatını aparmaq;
- Ehtiyat hissələrinin, alət və materialların uçotunu, düzgün saxlanmasını və işlək vəziyyətdə olmasını təmin etmək;
- Avadanlıqların səmərəliliyini artırmaq və dayanma müddətlərini azaltmaq üçün təkmilləşdirmə tədbirləri təklif etmək;
- Nasazlıqların və iş prosesində fasilələrin qarşısını almaq üçün profilaktik texniki xidmət və düzəldici tədbirlər həyata keçirmək.