PAŞA Property Management "Bağban” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Yeni ağac, kol və gülləri əkmək;
- Bitkilərin böyüməsini təmin etmək üçün onları alaq otlarından təmizləmək, budamaq və sulamaq;
- Əl alətlərindən istifadə edərək biktilərin, kolların yaxud güllərin yerini dəyişdirmək;
- Ağac və kolların formasını və ölçüsünü lazımi qaydada saxlamaq üçün budamaq;
- Ehtiyaca görə bitkilərin böyüməsini təmin etmək üçün gübrələmək, kimyəvi maddələrdən istifadə etmək;
- Mövsümi bitikləri əkmək və onlara qulluq etmək;
- Yaşıl ərazilərdəki otları biçmək və gübrələmək;
- Bağçılıq alətlərinə və avadanlıqlarına qulluq etmək;
- Zərəvericilərə qarşı tədbirlər görmək;
- Bağçılıq avadanlıqlarında yaranan nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
- SƏTƏMM qaydalarına əməl etmək;
- Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.