PASHA Property Management

Baş hüquqşünas

Dünən

376

Təsvir

PAŞA Property Management Baş hüquqşünas vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.



  • Şirkətin fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri, sazişləri və sair oxşar sənədləri hazırlamaq;
  • Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların Şirkətin mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
  • Hüquq və komplayens fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
  • Şirkətin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
  • Şirkətin fəaliyyətinə dair struktur bölmələrdən daxil olan hüquqi araşdırma tələb edən sorğularla bağlı hüquqi rəylər vermək;
  • Şirkətin məhkəmə, arbitraj və inzibati orqanlarda təmsil etmək və müvafiq sənədləri hazırlamaq;
  • İcra sənədlərinin ekspertizası, icrası və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək;
  • Hüquq-mühafizə və digər dövlət orqanları ilə qarşılıqlı hüquqi fəaliyyəti təşkil etmək;
  • Şirkətin layihələrinin hüquqi baxımdan qiymətləndirilməsi və hüquqi müşayiəti;
  • Rəsmi sorğu və şikayətləri hüquqi baxımdan qiymətləndirmək və cavablandırmaq;
  • Şirkətdaxili normativ sənədlərin hazırlanması, ekspertizası və tətbiqinə nəzarət etmək.





Tələblər

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 2 il peşəkar iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dillərində isə ən azı orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək məsuliyyət hissi, təşkilatçılıq qabiliyyəti, analitik düşüncə və effektiv qərarvermə bacarığı;
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı;
  • Azərbaycan Respublikası qanunvericiliyini, xüsusilə mülki, mülki-prosessual, əmək, mənzil və daşınmaz əmlak sahəsində normativ hüquqi aktları bilmək;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint və s.).



Vakansiya haqqında

Son tarix

July 20, 2025

Paylaşılıb

iyun 20, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq

Oxşar vakansiyalar