PASHA Property Management

Baş Sistem Administratoru

Bu gün

6

Təsvir

PAŞA Property Management “Baş Sistem Administratoru" vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Windows Server (2016/2019/2022) və Linux (RHEL, Rocky Linux, Ubuntu Server) mühitlərinin dizaynı, qurulması və istismarının təmin edilməsi;
  • Şirkətin IT infrastrukturunun (serverlər, iş stansiyaları, şəbəkə avadanlıqları və proqram təminatı) fasiləsiz və stabil fəaliyyətinin təmin edilməsi;
  • Active Directory DS, DNS, DHCP və Group Policy infrastrukturlarının planlanması və idarə olunması;
  • Domain Controller üzərindən istifadəçilərin qeydiyyatı, identifikasiya prosesləri, parol və təhlükəsizlik siyasətlərinin tətbiqi;
  • Linux sistemlərinin Active Directory / LDAP mühitinə inteqrasiyası (SSSD, realmd, Kerberos);
  • Sertifikat və şifrələmə mexanizmlərinin idarə olunması (PKI, TLS, OpenSSL);
  • PowerShell və Bash skriptləri vasitəsilə sistemlərin avtomatlaşdırılması və inzibatçılığı;
  • Virtualizasiya mühitlərinin qurulması və idarə olunması (VMware vSphere / ESXi, Hyper-V, KVM);
  • Virtual maşınlar üçün resurs planlaması (CPU, RAM, Storage), High Availability (HA) və Live Migration mexanizmlərinin tətbiqi;
  • Storage sistemləri ilə inteqrasiya (SAN/NAS, iSCSI, NFS, SMB) və disk idarəetməsi (LVM, XFS, EXT4, NTFS, ReFS);
  • Backup və Disaster Recovery həllərinin qurulması və idarə olunması (Veeam, snapshot-based backup), bərpa proseslərinin test edilməsi;
  • Monitorinq və loqlama sistemlərinin tətbiqi və dəstəyi (Zabbix, Prometheus, Grafana, ELK, Windows Event Forwarding);
  • Windows və Linux firewall konfiqurasiyası (Windows Defender Firewall, firewalld, iptables) və şəbəkə əsaslarının (TCP/IP, DNS, VLAN) tətbiqi;
  • Sistem təhlükəsizliyinin gücləndirilməsi (patch management, OS hardening, SELinux, sudo, RBAC);
  • CIS Benchmarks əsasında təhlükəsizlik standartlarının tətbiqi və uyğunluq yoxlamalarının aparılması;
  • Yüksək yüklü və kritik sistemlərdə troubleshooting, root cause analysis və incident management proseslərinin icrası;
  • Change management proseslərinin idarə olunması və rollback planlarının hazırlanması;
  • Server və server avadanlıqlarının quraşdırılması, diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Server infrastrukturu üzrə modernizasiya və yenilənmə layihələrinin həyata keçirilməsi;
  • Kənar podratçı şirkətlərlə koordinasiya və texniki işlərə nəzarət;
  • Server diaqramlarının hazırlanması, runbook, SOP və digər texniki sənədlərin hazırlanması və aktual saxlanılması;
  • İnfrastruktur üzrə edilən dəyişikliklərin sənədləşdirilməsi və qeydiyyatının aparılması.

Tələblər

  • Ali texniki təhsil (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqəli sahə);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Windows Server və Linux sistemlərinin idarə olunması üzrə dərin biliklər;
  • Virtualizasiya və server infrastrukturu üzrə praktiki təcrübə;
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
  • Azərbaycan və İngilis dili – vacib, Rus dili – üstünlükdür.

Vakansiya haqqında

Son tarix

April 10, 2026

Paylaşılıb

mart 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik