PASHA Property Management
Ana səhifə
/
/
/
İstismar xidmətləri üzrə texnik/elektrik

İstismar xidmətləri üzrə texnik/elektrik

Dünən

126

Təsvir

PAŞA Property Management “İstismar xidmətləri üzrə texnik/elektrik" vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Təyin edilmiş bütün elektrik işlərini standartlara uyğun olaraq yerinə yetirmək;
  •  Bütün elektrik paylayıcı qurğuları və paylayıcı şəbəkələr və sistemləri yoxlamaq, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək; Bütün işıqlanlandırıcı cihazları, projektorları, neon işarələrini və qəza işıqlandırılma vasitələrini yoxlamaq, dəyişdirmək, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək;
  • Fövqəladə yaxud qəza hallarında istifadə edilən elektrik enerjisi və kəsintisiz elektrik enerjisi təminatı sistemlərinə texnik baxış keçirmək;
  • Elektrik motorlarına və nəzarət panellərinə texniki xidmət göstərmək;
  • Bütün elektrik avadanlıqlarının üzərində profilaktik işlər aparmaq;
  • İşdə bütün SƏTƏMM norma və qaydalarından məlumatlı olmaq və onlara riayət etmək.


Tələblər

  • İşində cəld və məsuliyyətli olmaq; 
  • Komanda ilə işləmə bacarığı;
  • Elektrik kimi minimum 3+ il iş təcrübəsi;
  • Dərəcə sertifikatının olması üstünlükdür;
  • Böyük biznes mərkəzində iş təcrübəsi üstünlükdür.


Vakansiya haqqında

Son tarix

August 24, 2025

Paylaşılıb

iyul 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri