PASHA Property Management

Böyük Elektrik Mühəndisi

03-02-2025

145

Təsvir

·      Məlumat Xidmətləri operatorları və dispetçerlərə köməklik göstərmək və əməkdaşlıq etmək;

·      Binanın elektrik sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki baxışının həyata keçirilməsi;

·      Elektrik avadanlıqlarının təhlükəsizlik standartlarına uyğun işləməsini təmin etmək;

·      Elektrik sistemlərində baş verən nasazlıqların diaqnostikası və aradan qaldırılması;

·      AutoCAD proqramında MEP cizgilərinin təhlilini aparmaq və dəyişikliklər etmək;

·      CAFM sisteminə daxil etmək üçün məlumatın (CAD və hərf-rəqəmli məlumat) hazırlanması;

·      CAFM layihə menecerinə aid tapşırıqları yerinə yetirmək;

·      Texniki spesifikasiyaların ingilis dilindən azərbaycan dilinə tərcüməsi;

·      Əməliyyatlar, prosess və sənədləşmə ilə bağlı bütün tapşırıqlarda CAFM layihə menecerinə dəstək;

·      CAFM sistemi üçün formaların hazırlanması;

·      Nəzarət işləri ilə bağlı CAFM layihə menecerinə hər cür dəstəyin göstərilməsi;

·      Tabeliyində olan işçi resursunun düzgün istifadəsi və idarə olunması;

·      Elektrik sistemlərinin iş prinsiplərini və qaydalarını nəzərə alaraq hesabatlar və təhlillər hazırlamaq;

·      Təhlükəsizlik tədbirlərinə riayət olunmasını və işçilərin təhlükəsizliyini təmin etmək.


Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Fit-out sahəsində minimum 5 il iş təcrübəsi;
  • Elektrik təhlükəsizliyi standartları və tikinti normativ aktları barədə biliklər: AzS, EN, NFPA, Ashre və s.;
  • Memarlıq təsvirlərini oxumaq bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı;
  • Kompüter imkanları: MS Office, AutoCAD;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Müvafiq sertifikatlar üstünlükdür;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq;
  • Mexaniki biliklərə üstünlük verilir.


Vakansiya haqqında

Son tarix

fevral 27, 2025

Paylaşılıb

fevral 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri