PASHA Property Management

Böyük Mexanika Mühəndisi

Bu gün

91

Təsvir

·       Görülən işlərin çertyojlara və texniki şərtlərə uyğun olmasını təmin etmək;

·       Təsdiq edilmiş təqdimatlara uyğun olaraq podratçıların təhvil verdiyi materialları yoxlamaq və bu barədə İstismar xidmətləri üzrə menecerə hesabat vermək;

·       Gündəlik fəaliyyət, məsələlər, təstiqlənmiş və ya rədd edilmiş işlər, iş saatları, istifadə olunmuş işçi qüvvəsi və avadanlıq haqqında ətraflı qeydlər aparmaq və hər günün sonunda İstismar xidmətləri üzrə menecerə hesabat vermək;

·       Podratçı komandası ilə işlərin yerinə yetirilməsinə dair məsləhətlər vermək və təmir işləri ilə bağlı onları uyğunlaşdırmaq;

·       Qüsurlu işlərdən nümunələrin götürülməsi və sınaqdan keçirilməsini və şübhəli materialların keyfiyyətinin təmin edilməsini təşkil etmək üçün podratçıların komandası ilə razılaşmaq;

·       Xətt və səviyyələrin çertyoj və spesifikasiyalara uyğun olmasını topoqraflarla birgə çalışaraq təmin etmək;

·       Yoxlama formalarının təsdiqini almaq və işlərin gedişatı barədə qeydləri saxlamaq;

·       Aralıq və yekun ödəmələr üçün tamamlanmış işlər barədə məlumatların və sahədə tikinti-quraşdırma işləri zamanı çəkilmiş çertyojların saxlanılması;

·       Layihələrin ilkin mərhələdən bitməsi tarixinədək işlənilməsi;

·       Layihənin xərclər və qrafiklərinin yoxlanılmasını davam etdirmək üçün podratçı və təchizatçılarının nəzarəti;

·       Avadanlıqların istismarı ilə bağlı araşdırmaların aparılması və aşkar olunan problemlərə dair hesabatların hazırlanması;

·       İş icrası zamanı biznes tələbatları, tətbiq edilən keyfiyyət üzrə norm və standartların müvafiq olmasının təmin edilməsi üçün layihə menecerlərlə birgə işin aparılması.

·       İşlərin SƏTTƏM qaydalarına uyğun gedişatına nəzarət etmək və qeyri-düzgün quraşdırma halı aşkarlanarsa bu barədə məlumat vermək.


Tələblər

  • Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Minimum 3 il ofis/ticarət binalarında mexaniki sistemlərin istismarı üzrə təcrübə;
  • HVAC sistemləri (FCU, AHU, FAHU), nasos, boiler və chillers üzrə praktiki bilik;
  • Su təchizatı, drenaj və hidrofor sistemləri üzrə bilik;
  • Texniki çertyoj və sxemləri oxuma bacarığı;
  • ERP və BMS sistemləri ilə işləmə bacarığı (təcrübəsi);
  • Problemləri operativ həll etmək və komanda ilə işləmək bacarığı;
  • Layihə və texniki sənədlərlə işləmə təcrübəsi;
  • BoQ və smeta hazırlama bacarığı;
  • Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə), Rus dili biliyi üstünlükdür.


Vakansiya haqqında

Son tarix

January 31, 2026

Paylaşılıb

dekabr 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri