PAŞA Property Management “Elektrik Mühəndisi” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- CAPEX layihələri çərçivəsində elektrik və ELV/avtomatlaşdırma sistemləri üzrə dizaynların, çertyojların və texniki sənədlərin hazırlanması, yoxlanılması və yekunlaşdırılması;
- Elektrik, yanğın siqnalizasiya və avtomatlaşdırma sistemləri üzrə iş həcmlərinin (Scope of Work), BOQ-ların, büdcələrin və tender texniki şərtlərinin hazırlanması;
- Podratçı təkliflərinin texniki qiymətləndirilməsinin aparılması və tender prosesində iştirak;
- Elektrik, ELV və avtomatlaşdırma sistemləri üzrə sahə işlərinə nəzarət, layihə tələblərinə, standartlara, vaxt qrafikinə və ƏMSTQ (HSE) qaydalarına uyğunluğun təmin edilməsi;
- Aşağı və orta gərginlikli paylayıcı sistemlər, işıqlandırma, yanğın siqnalizasiya sistemi, BMS, girişə nəzarət, CCTV və digər ELV sistemləri üzrə ekspert biliklərin təmin edilməsi;
- Elektrik və ELV qurğularının keyfiyyətə nəzarət, sınaq və istismara qəbul (commissioning) proseslərinin icrası;
- Əmlak aktivləri üçün yeni texnologiyaların, avtomatlaşdırma həllərinin və enerji səmərəliliyinin artırılması imkanlarının araşdırılması və tövsiyə edilməsi;
- Layihələrin inteqrasiya olunmuş şəkildə icrası üçün mülki, mexaniki və digər sahələrlə koordinasiyanın aparılması;
- Layihə sənədlərinin, çertyojların və hesabatların düzgün şəkildə aparılması, uyğunluq və izlənilə bilənliyin təmin edilməsi;
- Layihənin təhvil-təslim mərhələsində iştirak, “as-built” çertyojların, test protokollarının və istismar və texniki xidmət (O&M) sənədlərinin yoxlanılması və təsdiqi.