PASHA Property Management

Elektrik Mühəndisi

29-10-2024

607

Bağlanılıb

Təsvir

  • Bütün şirkət binaları üçün planlı profilaktik təmir proqramını həyata keçirmək;
  • Yaranmış nasazlıqları aşkar etmək, problemləri həll etmək və nasazlıq müddətini minimuma endirmək üçün kiçik təmirlər daxil olmaqla, şirkətin bütün cihaz və avadanlıqlarına müntəzəm olaraq planlaşdırılmış texniki xidmət göstərmək;
  • Ehtiyac olduqda reaktiv texniki xidmət göstərmək və dəyişən prioritetlərə uyğun işləmək;
  • Yerli standartlara uyğun elektrik quraşdırma işlərini aparmaq;
  • Şirkət, SƏTƏMM qaydaları və ISO tələblərinə uyğun olaraq texniki xidmət jurnallarını və cədvəlləri tam, dəqiq və vaxtında doldurmaq;
  • Ehtiyac olduqda xarici podratçılarla əlaqə saxlamaq və kömək etmək;
  • Gündəlik, həftəlik və aylıq SƏTƏMM qaydalarının icrası üzrə yoxlamalar aparmaq, vaxtında tədbirlər görmək;
  • Problemlər və təhlükələr barədə rəhbərliyə və SƏTƏMM Menecerinə məlumat vermək, onların həlli üçün təkliflər hazırlamaq;
  • Əsas nasazlıqlar, ciddi problemlər, təmir tələbləri, gecikmələr və ya avadanlıqlar haqqında tam və vaxtında hesabat vermək;
  • Ehtiyac olduqda texniki məsələləri və problemləri aydınlaşdırmaq və aradan qaldırmaq üçün müştərilər və təchizatçılarla birgə işləmək;
  • Texniki xidmətlərlə bağlı məlumatların dəqiq uçotunu aparmaq;
  • Digər komanda üzvlərinin inkişafına dəstək vermək ;
  • Dizayn spesifikasiyaları və texniki cizgiləri oxumaq;
  • Avadanlıqlara texniki istismar xidməti göstərmək;
  • Layihələrə lazımi normalara uyğun olaraq nəzarət etmək və hesabat vermək;
  • Sahədə işlərin layihə ilə uyğunluğunu yoxlamağı bacarmalıdır.

Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Fit-out sahəsində minimum 5 il iş təcrübəsi;
  • Tikinti normativ aktları barədə biliklər: AzS, EN, NFPA, Ashre və s.;
  • Memarlıq təsvirlərini oxumaq bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı;
  • Kompüter imkanları: MS Office, AutoCAD;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq;
  • Mexaniki biliklərə üstünlük verilir

Vakansiya haqqında

Son tarix

noyabr 10, 2024

Paylaşılıb

oktyabr 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik