PAŞA Property Management “Əməliyyatlar üzrə nəzarətçi" vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- CAPEX işlərinin (tikinti, təmir və texniki xidmət) planlaşdırılması və icrasının idarə olunması;
- Bina və qurğuların, yolların, piyada keçidlərinin və digər infrastruktur obyektlərinin nəzarətdə saxlanılması;
- Memarlar, podratçılar və təchizatçılarla koordinasiya edərək işlərin keyfiyyətli və vaxtında icrasını təmin etmək;
- Təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühit qaydalarına uyğunluğun təmin edilməsi üçün mütəmadi yoxlamalar aparmaq;
- Facility (istismar) komandalarına nəzarət etmək və onlara metodiki dəstək göstərmək;
- CAPEX layihələrinin gedişatı, təhvil-təslim prosesləri və obyektlərin istismarı ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək.