PAŞA Property Management “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Şəbəkə, server, endpoint, bulud (cloud) və tətbiq səviyyələrində təhlükəsizlik həllərinin qurulması, idarə olunması və təkmilləşdirilməsi
- Firewall, VPN, SIEM, EDR/XDR və digər təhlükəsizlik sistemlərinin idarə olunması və monitorinqi
- Sistemlərdə zəifliklərin aşkarlanması, risklərin qiymətləndirilməsi və aradan qaldırılması proseslərinin koordinasiyası
- Təhlükəsizlik insidentlərinin araşdırılması, kök səbəb analizinin aparılması və preventiv tədbirlərin hazırlanması
- Rəqəmsal forensika araşdırmalarında iştirak etmək və hesabatlar hazırlamaq
- ISO 27001 və digər informasiya təhlükəsizliyi standartlarının tətbiqi və saxlanılmasına dəstək vermək
- İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və standartlarının hazırlanması və yenilənməsində iştirak etmək
- Daxili və xarici auditlər zamanı tələb olunan sənədlərin və texniki sübutların təqdim edilməsini təmin etmək
- İşçilər üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının keçirilməsi
- İT layihələrində, yeni sistemlərin tətbiqində və təchizatçıların qiymətləndirilməsində təhlükəsizlik üzrə məsləhətçi kimi çıxış etmək
- Təhlükəsizlik əməliyyatlarının avtomatlaşdırılması və proseslərin optimallaşdırılması üçün həllər hazırlamaq
- Məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasını təmin etmək
- Şirkətin HSE (Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühit) qaydalarına və daxili prosedurlarına riayət etmək