PASHA Property Management
Ana səhifə
/
/
/
İnzibati İşlər üzrə Assistent

İnzibati İşlər üzrə Assistent

Bu gün

39

Təsvir

PAŞA Property Management “İnzibati İşlər üzrə Assistent” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Bütün təqdim olunan sənədlərin sistemdə qeydiyyatının aparılması və ardıcılıq üzrə nəzarət etmək;
  • Göndərilməli sənədlərin yenilənmiş qeydiyyatının aparmaq, qrafiki və statusuna nəzarət
  • Layihəni dəstəkləmək üçün sənəd nəzarəti və sənədləşdirmə təcrübələri üzrə müxtəlif bilik və təcrübəni tətbiq edən peşəkar sənəd nəzarəti vəzifələrini icra etmək;
  • Şirkət və layihələr üçün bütün sənədlərə nəzarət fəaliyyəti ilə məşğul olmaq;
  • Məktubların, prezentasiyaların və digər müvafiq sənədləşdirmə işlərini yerinə yetirmək;
  • İclasların təşkil etmək, protokolların hazırlamaq;
  • Müştərilər, təchizatçılar və yerli hüquqi şəxslərlə əlaqə saxlayaraq müxtəlif məsələləri yerinə yetirmək;
  • Biznesin idarə edilməsi məsələləri ilə əlaqədar xüsusi kömək göstərmək;
  • İşçilərin davamiyyər cədvəllərini aparmaq;
  • Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək;


Tələblər

  • Müvafiq sahə üzrə 2 il təcrübəsi;
  • Azərbaycan, İngilis dili və Rus dili əla səviyyədə;
  • MS Office proqramlarında (Word, Excel, Outlook) yaxşı biliklər;
  • Yaxşı ünsiyyət və təqdimat bacarıqları, insanlarla işləmə bacarığı;
  • Təşkilatçılıq qabiliyyəti və çoxsaylı tapşırıqları effektiv şəkildə idarə etmə bacarığı;
  • İdarəetmə sistemlərini və ofis işlərini düzgün şəkildə yerinə yetirmək;
  • Komanda ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

January 12, 2026

Paylaşılıb

dekabr 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə