PASHA Property Management
Ana səhifə
/
/
/
İstismar xidmətləri üzrə koordinator

İstismar xidmətləri üzrə koordinator

Bu gün

19

Təsvir

PAŞA Property Management “İstismar xidmətləri üzrə koordinator” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaş axtarırıq.


  • Xidmət tələbləblərini və sorğuları qəbul etmək, qeydə almaq, prioritetləşdirmək və texniki heyətə yönləndirmək, kirayəçilərin və əməliyyatların sorğularının vaxtında həllini təmin etmək;
  • İş yükü, təxirəsalınmazlıq və mütəxəssislik səviyyəsinə əsasən texniki işləri müvafiq heyətə və ya podratçılara təhkim etmək;
  • Kirayəçilər, obyektin idarə heyəti və texniki xidmət qrupu arasında əsas əlaqələndirici olmaq, xidmət tələbləri və texniki işlərin cədvəli haqqında məlumat vermək;
  • Texniki xidmət fəaliyyətlərini, iş sifarişlərini və avadanlıq servis tarixçəsini dəqiq qeydiyyata almaq (CMMS və ya digər sistemlər vasitəsilə);
  • Texniki xidmət üçün tələb olunan alət, ehtiyat hissələri və materialları izləmək, ehtiyatların vaxtında yenilənməsi üçün satınalma şöbəsi ilə əməkdaşlıq etmək;
  • Texniki xidmət işlərinin təhlükəsizlik qaydalarına, şirkət siyasətinə və ümumi standartlarına uyğunluğunu təmin etmək.
  • Elektrik kəsintisi, santexnika nasazlığı və yanğın siqnal sisteminin işə düşməsi kimi fövqəladə hallarda operativ tədbirlər görmək;
  • Texniki xidmət üzrə işlərin icra göstəriciləri və tamamlanmış iş sifarişləri barədə hesabatlar hazırlamaq;
  • Texniki xidmət prosedurlarının və iş proseslərinin daha səmərəli və qənaətcil olması üçün təkliflər vermək.

Tələblər

  • Ali təhsil;
  • İstismar xidmətləri sahəsində biliklər;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, ingilis dili yaxşı səviyyədə;
  • Komandada işləmə bacarığı;
  • Yüksək ünsiyyətqurma bacarığı;
  • ERP sistemi ilə işləmə bacarığı;
  • Office proqramları ilə işləmə bacarığı;
  • Böyük biznes mərkəzlərində iş təcrübəsi üstünlükdür.


Vakansiya haqqında

Son tarix

August 20, 2026

Paylaşılıb

iyul 21, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

career-levels.undefined

Kateqoriya

Tikinti və Daşınmaz əmlak