PAŞA Property Management “İstismar xidmətləri üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Texniki xidmət qrupunun gündəlik əməliyyatlarına nəzarət etmək və iş prosesini təşkil etmək;
- Sistem və avadanlıqları qiymətləndirərək tələb olunan texniki xidmət və təmir işlərini müəyyən etmək;
- İş prioritetlərini planlaşdırmaq və tapşırıqları komanda üzvlərinin bilik və bacarıqlarına uyğun şəkildə bölüşdürmək;
- Bina sistemlərinin mütəmadi monitorinqini aparmaq və iş planlarını formalaşdırmaq;
- Baxım və təmir işlərinin təhlükəsizlik qaydalarına uyğun, effektiv və vaxtında icrasını təmin etmək;
- Komanda üzvlərinin yerinə yetirdiyi işlərin keyfiyyətinə nəzarət etmək;
- İstifadə olunan materialların, ehtiyat hissələrinin və digər resursların uçotunu aparmaq;
- İşçi heyətin iş vaxtına nəzarət etmək və hesabatlılığı təmin etmək;
- Departamentin büdcəsinin planlaşdırılmasına və təmir layihələrinin xərclərinin optimallaşdırılmasına dəstək olmaq;
- Təhlükəsizlik standartlarının tətbiqinə nəzarət etmək və müvafiq təlimlərin təşkilində iştirak etmək;
- Texniki İstismar Qrupunun Rəhbəri ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.