PASHA Property Management

Kiçik elektrik texniki

Bu gün

10

Təsvir

PAŞA Property Management “Kiçik Elektrik” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, məsuliyyətli, texniki bacarıqlarını inkişaf etdirmək istəyən və komanda ilə işləməyi bacaran əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri

  • Müəssisənin elektrik sistemlərinin gündəlik vizual yoxlanışını həyata keçirmək və kiçik nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Elektrik avadanlıqlarının quraşdırılması, sökülməsi və yerinin dəyişdirilməsi işlərində dəstək göstərmək;
  • Elektrik sayğaclarının, işıqlandırma sistemlərinin və digər elektrik avadanlıqlarının işlək vəziyyətini yoxlamaq;
  • Elektrik xətləri, naqillər və qoruyucu avadanlıqların vizual baxışını həyata keçirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
  • Ehtiyat generatorların və digər təcili elektrik sistemlərinin işlək vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Ehtiyat hissələrinin saxlanılması və inventar uçotunun aparılmasına dəstək göstərmək;
  • Elektrik avadanlıqları üzrə texniki xidmət jurnallarını və digər aidiyyəti sənədləri doldurmaq;
  • Baş elektriklərə və digər texniki əməkdaşlara mürəkkəb təmir və texniki xidmət işlərində kömək etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili prosedurlara ciddi riayət etmək;



Tələblər

  • Elektrik mühəndisliyi, energetika və ya müvafiq sahə üzrə orta ixtisas və ya texniki təhsil;
  • Elektrik sistemləri, avadanlıqları və təhlükəsizlik qaydaları üzrə əsas biliklər;
  • Elektrik sxemlərini və sadə texniki sənədləri oxumaq bacarığı;
  • Multimetr, voltmetr və digər əsas elektrik ölçü cihazlarından istifadə bacarığı;
  • Elektrik montaj işləri üzrə ilkin praktiki bacarıqlara malik olmaq;
  • Növbəli iş qrafikində işləmək imkanı.

Vakansiya haqqında

Son tarix

August 29, 2026

Paylaşılıb

iyul 30, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Əmək haqqı

700 - 750 AZN

Kateqoriya

Tikinti və Daşınmaz əmlak