PAŞA Property Management “Konsyerj" vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Qonaqların, rezidentlərin və ziyarətçilərin qarşılanması və yönləndirilməsi;
- Bina, təqdim olunan xidmətlər və ətraf infrastruktur barədə məlumatların təqdim edilməsi;
- Giriş-çıxış nəzarətinin təmin olunması;
- Poçt, kuryer və digər çatdırılmaların qəbulu, qeydiyyatı, saxlanılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
- Rezidentlərin və qonaqların çatdırılmalar barədə məlumatlandırılması;
- Gedən poçt və bağlamaların göndərilməsi prosesinə dəstək göstərilməsi;
- Transferlərin təşkili, taksi sifarişi, restoran rezervasiyaları və digər konsyerj xidmətlərinin koordinasiyası;
- Turların, tədbirlərin və müxtəlif fəaliyyətlərin təşkilində dəstək göstərilməsi;
- Rezidentlərdən daxil olan müraciətlərin qəbul edilməsi və aidiyyəti şöbələrə yönləndirilməsi;
- Digər şöbələrlə (Təhlükəsizlik, FM, Housekeeping və s.) effektiv koordinasiyanın təmin edilməsi;
- Yüksək xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin olunması.