PAŞA Property Management “Müştərilərlə iş üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Bütün daxil olan sorğuların qeyd etmək və cavablandırmaq;
- Gündəlik istismar xidmətləri ilə bağlı hesabatları qəbul etmək və görülən tədbirləri sistemə daxil etmək;
- İstismar xidmətləri işçilərinin vaxtı-vaxtında ehtiyat və tez korlanan hissələr, həmçinin lazımi ləvazimatlarla təmin etmək;
- Layihə rəhbəri və istismar xidmətləri qrupu ilə əlaqələndirici rol oynamaq;
- Komandanın fəaliyyətini qiymətləndirmək və hesabatlar hazırlamaq;
- Hər zaman layihənin cari vəziyyəti və yerlərin mövcudluğu barədə məlumatlı olmaq;
- Sakinlərin/ icarəçilərin/ qonaqların şikayət və problemlərini həll etmək və onlarla səmərəli danışıqlar aparmaq;
- Müştəri məmnuniyyətini artırmaq üçün planların həyata keçirilməsi;
- Müştərilərlə bağlı hər hansı bir sənədləşmə prosesində iştirak etmək;
- Nəğd vəsaitlərin qəbulunu və ödənişini etmək;
- COİNS sisteminə və daxili hesabat fayllarına nəğd vəsait dövriyyəsi məlumatlarını daxil etmək.