PAŞA Property Management “Qəbul otağının işçisi (Receptionist)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Hər zaman müstəsna müştəri xidmətlərini təmin etmək;
- Layihənin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq;
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək;
- Müştərilər və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq;
- Bütün müştəriləri və qonaqları qarşılamaq və salamlamaq, zərurət yarandıqda onlara kömək etmək;
- İtən və tapılan əşyalar haqqında xəbər vermək;
- Telefon zənglərini nəzakətli və mehriban şəkildə cavablandırmaq və yönləndirmək;
- Ziyarətçiləri müsbət, səmimi və mehriban şəkildə qarşılamaq və onların suallarını cavablandırmaq;
- Standart ofis avadanlıqlarını, surət çıxaran maşın və kompüteri müntəzəm olaraq idarə etmək;
- Ziyarətçilərin müraciətlərinin və qəbul edilən zənglərin ətraflı və dəqiq qeydlərini aparmaq;
- Çatdırılmaları qəbul etmək; daxil olan məktubları çeşidləmək və paylamaq;
- Zəruri hallarda nişanları vermək, yoxlamaq, toplamaq və ziyarətçi qeydlərini saxlamaqla iş yerinin təhlükəsizliyinin qorunmasına köməklik etmək;
- Müştərilər tərəfindən tələb edilən digər müvafiq xidmətləri təşkil etmək;
- Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.