PASHA Property Management

SƏTƏMM nəzarətçisi

02-10-2024

688

Təsvir

  • İş yerinin sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarına, standartlara və şirkət siyasətinə uyğun olmasını təmin etmək.
  • Müntəzəm risk qiymətləndirmələri aparmaq, potensial təhlükələri müəyyənləşdirmək, nəzarət tədbirləri tətbiq etmək və iş yerində riskləri azaltmaq.
  • Bütün növ qəzaları, sovuşan hadisələri araşdırmaq, kök səbəbləri müəyyənləşdirmək və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün tövsiyələr vermək.
  • İşçilərin texniki təhlükəsizlik və ətraf mühit mövzularında məlumatlılığını və səriştəsini artırmaq üçün təlimlər təşkil etmək və keçirmək.
  • İş yerinin, avadanlıqların və proseslərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi təhlükəsizlik yoxlamaları, auditlər və qiymətləndirmələr aparmaq.
  • SƏTƏMM üzrə prosedurları və iş təlimatları hazırlamaq və mütəmadi olaraq nəzərdən keçirmək.
  • Təxliyyə planları hazırlanması və mütəmadi olaraq nəzərdən keçirilməsi, təlimlərin keçirilməsi və işçi qüvvəsinin yanğınlar, kimyəvi sızmalar və təxliyələr kimi təcili hallara hazır olmasını təmin etmək.
  • İcra edilən inspeksiyaları, auditləri, hadisə araşdırmalarının nəticələrinin, düzəldici tədbirlər haqqında qeydləri system üzrində mütəmadi olaraq yeniləmək.
  • Təhlükəsizlik performansı ilə bağlı rəhbərə hesabat vermək, tələb olunan hesabatları təqdim etmək və şirkətin SƏTƏMM mədəniyyətini inkişaf etdirmək üçün təkmilləşdirmələr təklif etmək.
  • Təhlükəsizlik performansını, problemləri və təkmilləşdirmələri müzakirə etmək üçün müvafiq maraqlı tərəflərlə müntəzəm SƏTƏMM üzərə görüşləri təşkil etmək.
  • SƏTƏMM qaydalarına önəmin nümayişi məqsədi ilə sahəyə ziyarətlərini digər tərflər ilə koordinasiya etmək və təşkil etmək.
  • SƏTƏMM mədəniyyətini təbliğ etmək və sağlamlıq və təhlükəsizliyin ortaq məsuliyyət olduğu bir mühit formalaşdırılmasında dəstək olmaq

Tələblər

  • NEBOSH və ya ekvivalent sertifikat.
  • ISO 45001 və ISO 14001 Baş Auditor sertifikatlar.(üstünlükdür)
  • Yerli təhlükəsizlik qanunları və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları üzrə yüksək səviyyədə biliklər.
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. İşçiləri SƏTƏMM mövzularında təlim keçmək bacarığı.
  • Potensial təhlükələri müəyyən etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirləri müəyyən etmək üçün analitik düşünmə bacarığı.
  • Kompyuterdə, Microsoft Office Paketi (Word, Excel, PowerPoint) və digər müvafiq təhlükəsizlik idarəetmə proqramlarında ilə işləmə bacarığı.
  • İngilis dili - Səlis

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər