PAŞA Property Management “Təmizlik xidmətləri üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- İşçi heyətinin iş həcmini bərabər şəkildə təşkil etmək;
- Təmizlik fəaliyyəti ilə bağlı qeydləri aparmaq, o cümlədən cədvəllər, yoxlamalar və heyət performansının qiymətləndirilməsi.
- Təmizlik işçiləri üçün təlimlərin planlaşdırılmaq və keçirmək, həmçinin bütün təmizlik işçilərinin lazımi səviyyədə və gördükləri tapşırıqlara müvafiq olan təlimlərin keçməsinə əmin olmaq;
- Görülən və yerinə yetirilməkdə olan işlərə nəzarət etmək, həmçinin təmizlik işçilərinin gördükləri işin xidmət səviyyəsinə/ standartlara və keyfiyyət meyarlarına uyğun olmasını təmin etmək;
- Tozsoranların, təzyiqli yuyucuların və digər təmizlik avadanlığına texniki xidmət və təmirin təşkil edilməsi;
- Təmizlik materiallarının saxlanmasını təmin etmək, qəbul olunmuş təchizat şəbəkələrində istifadə edərək işçi heyətinə lazım olan təmizlik və köməkçi material və avadanlığının sifariş etmək.