PMD Group MMC
Ana səhifə
/
/
/
Aparıcı mühəndis-konstruktor

Aparıcı mühəndis-konstruktor

04-07-2024

701

Bağlanılıb

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarının, Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Konstruksiya hissəsinin layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmləri yoxlayıb müvafiq texniki rəy vermək;
  • İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək. 

Tələblər

•       Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə);

•       Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi;

•       Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP;

•       Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;

•       Kompüter bilikləri: MS Office, AutoCAD, LIRA, Sap2000;   Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq. 

Vakansiya haqqında

Son tarix

avqust 30, 2024

Paylaşılıb

iyul 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak