PMD Group MMC
Ana səhifə
/
/
/
Baş elektrik mühəndisi

Baş elektrik mühəndisi

02-12-2024

2.4K

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmədə elektrik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmədə elektrik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını müəyyənləşdirmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin elektrik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
  • Tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
  • Layihələrin elektrik hissəsinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə birbaşa rəhbərinə  öz texniki rəyini təmin etmək;
  • İstehsalatda elektrik avadanlıqlarının və kabel xətlərinin quraşdırma işləri zamanı texniki nəzarət işlərini həyata keçirmək və Baş Podratçınan lazımı sənədləri tələb etmək
  • İstehsalatın elektrik və mexanik sistemləri üzrə sınaq və inspeksiyalarında iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
  • Rəsmi Qurumlar tərəfindən tələb edilən sənədlərin hazırlanmasını təmin etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə rəy vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Tələb edildiyi halda istismarda olan layihərdə mexaniki sistemlər üzrə ilkin müayinə aparmaq və rəhbərliyə hesabat hazırlaıb təqdim etmək;
  • Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
  •  


Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə sifarişçi olaraq azı 10 il işləməklə minimum 15 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA;
  • Dil bilikləri:Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.


Vakansiya haqqında

Son tarix

dekabr 23, 2024

Paylaşılıb

dekabr 2, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

9 ildən artıq

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Tikinti və Daşınmaz əmlak