PMD Group MMC
Ana səhifə
/
/
/
Baş mexanika mühəndisi

Baş mexanika mühəndisi

Bu gün

43

Təsvir

·      Mexanika layihələrini nəzərdən keçirmək, texniki analiz aparmaq və zəruri düzəlişləri müəyyən etmək;

·      Layihələrin təsdiq olunmuş texniki tələblərə, yerli və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;

·      Mexaniki sistemlər üzrə layihə həllərini, işçi çertyojları, texniki spesifikasiyaları və hesabatları yoxlamaq;

·      HVAC, istilik, soyutma, havalandırma, tüstüsovurma, VRF, Chiller, AHU, FCU, qazanxana və digər mexaniki sistemlər üzrə layihələrin texniki baxışını həyata keçirmək;

·      Su təchizatı, kanalizasiya və yağış suyu sistemləri üzrə layihələrin koordinasiyasında iştirak etmək;

·      Podratçı və subpodratçıların mexanika üzrə fəaliyyətinə nəzarət etmək və texniki istiqamətləndirmə vermək;

·      Podratçıların təqdim etdiyi Shop Drawing, Material Submittal, Method Statement, RFI və digər texniki sənədləri nəzərdən keçirmək;

·      Mexaniki avadanlıqların texniki göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq;

·      Sahə yoxlamalarında iştirak etmək və quraşdırılan sistemlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;

·      Layihə və sahə arasında yaranan texniki məsələləri müəyyən etmək və onların vaxtında həll olunmasını təmin etmək;

·      Layihə dəyişikliklərini, texniki riskləri və mümkün gecikmələri müəyyən edərək rəhbərliyə məlumat vermək;

·      Podratçı, subpodratçı, konsultant, layihəçi və digər mühəndislik komandaları ilə gündəlik texniki koordinasiyanı təmin etmək;

·      Texniki iclaslarda iştirak etmək, zəruri hallarda iclaslara rəhbərlik etmək və qəbul olunmuş qərarların icrasını izləmək;

·      Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

·      Layihənin texniki tapşırığının və əsas iş həcminin hazırlanmasında iştirak etmə;

·      Müxtəlif mühəndislik fənləri arasında koordinasiyanın təmin olunmasına dəstək olmaq;

·      Mexaniki sistemlərin testing, commissioning, testing & balancing və handover mərhələlərində texniki koordinasiyada iştirak etmək;

·      Layihə məqsədlərinə çatmaq üçün podratçı şirkətlərlə effektiv əməkdaşlıq etmək;

·      Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmə.

Tələblər

·      Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;

·      Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;

·      Böyükmiqyaslı yaşayış, kommersiya, ictimai, sənaye və ya infrastruktur layihələrində təcrübə;

·      HVAC, VRF, Chiller, AHU, FCU, qazanxana, tüstüsovurma, su təchizatı və kanalizasiya sistemləri üzrə praktiki bilik;

·      Texniki çertyoj, spesifikasiya və sənədlərlə işləmək bacarığı;

·      AZDTN, СНиП, SP, ASHRAE, NFPA, SMACNA, CIBSE, BS, EN və IPC standartları üzrə bilik;

·      Podratçı texniki fəaliyyətinə nəzarət və koordinasiya bacarığı;

·      Güclü analitik düşüncə, problem həll etmə, liderlik və komanda idarəetmə bacarıqları;

·      AutoCAD və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;

·      Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə.

Vakansiya haqqında

Son tarix

October 9, 2026

Paylaşılıb

sentyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak