PMD Group MMC
Ana səhifə
/
/
/
Daxili nəzarət üzrə baş mühəndis (tikinti layihələri üzrə)

Daxili nəzarət üzrə baş mühəndis (tikinti layihələri üzrə)

Bu gün

98

Təsvir

  • Tikinti və daşınmaz əmlak layihələri üzrə texniki risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsində həyata keçirtmək;
  • Tikinti layihələri üzrə risk əsaslı monitorinq və yoxlama planlarının hazırlanmasında, habelə onların icrasında iştirak etmək;
  • Layihə-smeta sənədlərinin, texniki tapşırıqların, iş həcmlərinin (BoQ), tikinti qrafiklərinin və digər texniki sənədlərin təhlilini həyata keçirmək;
  • Tikinti layihələrində büdcə aşımı, icra müddətlərinin gecikməsi, iş həcmlərinin düzgün müəyyən edilməməsi və keyfiyyət uyğunsuzluqları ilə bağlı riskləri qiymətləndirmək;
  • Tikinti layihələrinin icra vəziyyətinə dair təqdim edilmiş hesabatların faktiki iş həcmləri, görülmüş iş aktları və digər təsdiqedici sənədlərlə uyğunluğunu yoxlamaq;
  • Risk əsaslı seçim əsasında tikinti sahələrində yerində monitorinqlər aparmaq, görülmüş işlərin layihə sənədlərinə, texniki tələblərə və təqdim edilmiş hesabatlara uyğunluğunu qiymətləndirmək;
  • Podratçı və subpodratçıların fəaliyyətində texniki riskləri, işlərin keyfiyyəti və icra vəziyyəti ilə bağlı potensial uyğunsuzluqları müəyyən etmək;
  • Tikinti proseslərində daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək, nəzarət boşluqlarının aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
  • Tikinti işlərinin qüvvədə olan normativ-texniki sənədlərə, layihə tələblərinə, keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
  • Aparılmış monitorinq və yoxlamaların nəticələri üzrə aşkar edilmiş riskləri və uyğunsuzluqları sənədləşdirmək, hesabatların və müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək;
  • Müəyyən edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icra vəziyyətini izləmək və onların effektivliyini qiymətləndirmək.


Tələblər

  • İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
  • Tikinti, layihələrin texniki nəzarəti, layihə-smeta sənədlərinin təhlili və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi;
  • Tikinti prosesləri, texnologiyaları, materialları, iş həcmlərinin hesablanması və tikinti keyfiyyətinə nəzarət sahəsində biliklər;
  • Layihə-smeta sənədləri, BoQ, tikinti qrafikləri, görülmüş iş aktları və texniki hesabatlarla işləmək bacarığı;
  • Tikinti sahəsində qüvvədə olan normativ-texniki tələblər, tikinti normaları və standartları üzrə biliklər;
  • Tikinti layihələrində texniki riskləri, uyğunsuzluqları və potensial nəzarət boşluqlarını müəyyən etmək, onların səbəblərini təhlil etmək bacarığı;
  • Texniki proqramlarla işləmək bacarığı;
  • Güclü analitik düşünmə, obyektiv qiymətləndirmə və hesabat hazırlamaq bacarığı;
  • PE (Professional Mühəndis), PMP (Project Management Professional) və ya ekvivalenti kimi peşəkar sertifikatlara üstünlük verilir;
  • Risklərin idarə edilməsi, daxili nəzarət, texniki audit və ya tikinti layihələrinin monitorinqi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik üstünlükdür;
  • Dürüstlük, peşəkar etik davranış, müstəqil mühakimə yürütmək və komanda ilə işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

November 21, 2026

Paylaşılıb

noyabr 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak