Tikinti və daşınmaz əmlak layihələri üzrə texniki risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsində həyata keçirtmək;
Tikinti layihələri üzrə risk əsaslı monitorinq və yoxlama planlarının hazırlanmasında, habelə onların icrasında iştirak etmək;
Layihə-smeta sənədlərinin, texniki tapşırıqların, iş həcmlərinin (BoQ), tikinti qrafiklərinin və digər texniki sənədlərin təhlilini həyata keçirmək;
Tikinti layihələrində büdcə aşımı, icra müddətlərinin gecikməsi, iş həcmlərinin düzgün müəyyən edilməməsi və keyfiyyət uyğunsuzluqları ilə bağlı riskləri qiymətləndirmək;
Tikinti layihələrinin icra vəziyyətinə dair təqdim edilmiş hesabatların faktiki iş həcmləri, görülmüş iş aktları və digər təsdiqedici sənədlərlə uyğunluğunu yoxlamaq;
Risk əsaslı seçim əsasında tikinti sahələrində yerində monitorinqlər aparmaq, görülmüş işlərin layihə sənədlərinə, texniki tələblərə və təqdim edilmiş hesabatlara uyğunluğunu qiymətləndirmək;
Podratçı və subpodratçıların fəaliyyətində texniki riskləri, işlərin keyfiyyəti və icra vəziyyəti ilə bağlı potensial uyğunsuzluqları müəyyən etmək;
Tikinti proseslərində daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək, nəzarət boşluqlarının aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
Tikinti işlərinin qüvvədə olan normativ-texniki sənədlərə, layihə tələblərinə, keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
Aparılmış monitorinq və yoxlamaların nəticələri üzrə aşkar edilmiş riskləri və uyğunsuzluqları sənədləşdirmək, hesabatların və müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək;
Müəyyən edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icra vəziyyətini izləmək və onların effektivliyini qiymətləndirmək.
Tələblər
İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
Tikinti, layihələrin texniki nəzarəti, layihə-smeta sənədlərinin təhlili və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi;
Tikinti prosesləri, texnologiyaları, materialları, iş həcmlərinin hesablanması və tikinti keyfiyyətinə nəzarət sahəsində biliklər;
Layihə-smeta sənədləri, BoQ, tikinti qrafikləri, görülmüş iş aktları və texniki hesabatlarla işləmək bacarığı;
Tikinti sahəsində qüvvədə olan normativ-texniki tələblər, tikinti normaları və standartları üzrə biliklər;
Tikinti layihələrində texniki riskləri, uyğunsuzluqları və potensial nəzarət boşluqlarını müəyyən etmək, onların səbəblərini təhlil etmək bacarığı;
Texniki proqramlarla işləmək bacarığı;
Güclü analitik düşünmə, obyektiv qiymətləndirmə və hesabat hazırlamaq bacarığı;
PE (Professional Mühəndis), PMP (Project Management Professional) və ya ekvivalenti kimi peşəkar sertifikatlara üstünlük verilir;
Risklərin idarə edilməsi, daxili nəzarət, texniki audit və ya tikinti layihələrinin monitorinqi sahəsində iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik üstünlükdür;
Dürüstlük, peşəkar etik davranış, müstəqil mühakimə yürütmək və komanda ilə işləmək bacarığı.