Portfelin qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi, o cümlədən bazar məlumatlarının toplanması, təhlili, əraziyə səfərlər (əmlakın yoxlanılması), əmlak sənədlərinin təhlili və hesabatların təqdim edilməsi.
Alqı-satqı/icarə məqsədləri üçün əmlakın qiymətləndirilməsini həyata keçirmək.
Daşınmaz əmlak seqmentləri üzrə qiymətləndirmə metodologiyası və modellərinin hazırlanması və nəzərdən keçirilməsi.
Statistik proqram təminatından istifadə etməklə daşınmaz əmlakda statistik məlumatların təhlilini aparmaq, hesabat vermək.
Müvafiq tədqiqatların idarə edilməsi və aparılması.
Biznes İnkişafının daşınmaz əmlak sahəsində təcrübəsinin, xüsusən konsepsiya və məhsulun hazırlanmasında innovativ yanaşmalarda inkişafına töhfə vermək.
Prosedurlar, qaydalar, siyasətlər və biznes prosesləri kimi Şirkətin sənədlərinin inkişafına töhfə vermək.
Şirkətin məhsul portfelinin artırılması üçün əlaqələrin qurulması və genişləndirilməsi.
Tələblər
Müvafiq ixtisas (Data analitika, Statistika, Riyaziyyat) üzrə ali təhsil
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
Statistika, data analizi (Python), vizuallaşdırma (Tableau) ilə əlaqədar proqram təminatı və proqramlaşdırma dilləri ilə işləmək bacarığı
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı