PMD Group MMC
Ana səhifə
/
/
/
Əmlakları qiymətləndirmə üzrə qrup rəhbəri

Əmlakları qiymətləndirmə üzrə qrup rəhbəri

22-11-2024

436

Təsvir

  • Portfelin qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi, o cümlədən bazar məlumatlarının toplanması, təhlili, əraziyə səfərlər (əmlakın yoxlanılması), əmlak sənədlərinin təhlili və hesabatların təqdim edilməsi.
  • Alqı-satqı/icarə məqsədləri üçün əmlakın qiymətləndirilməsini həyata keçirmək.
  • Daşınmaz əmlak seqmentləri üzrə qiymətləndirmə metodologiyası və modellərinin hazırlanması və nəzərdən keçirilməsi.
  • Statistik proqram təminatından istifadə etməklə daşınmaz əmlakda statistik məlumatların təhlilini aparmaq, hesabat vermək.
  • Müvafiq tədqiqatların idarə edilməsi və aparılması.
  • Biznes İnkişafının daşınmaz əmlak sahəsində təcrübəsinin, xüsusən konsepsiya və məhsulun hazırlanmasında innovativ yanaşmalarda inkişafına töhfə vermək.
  • Prosedurlar, qaydalar, siyasətlər və biznes prosesləri kimi Şirkətin sənədlərinin inkişafına töhfə vermək.
  • Şirkətin məhsul portfelinin artırılması üçün əlaqələrin qurulması və genişləndirilməsi.

Tələblər

  • Müvafiq ixtisas (Data analitika, Statistika, Riyaziyyat) üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Statistika, data analizi (Python), vizuallaşdırma (Tableau) ilə əlaqədar proqram təminatı və proqramlaşdırma dilləri ilə işləmək bacarığı arzuolunandır
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı
  • Yüksək təqdimat və komandada işləmək bacarığı
  • Yüksək analitik təhlil bacarığı

Vakansiya haqqında

Son tarix

yanvar 1, 2025

Paylaşılıb

noyabr 22, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik