1. Sahə icrasına nəzarət
- MEP sistemlərinin sahədə düzgün quraşdırılmasına nəzarət etmək;
- Mexanika və elektrik işlərinin layihəyə uyğun icrasını yoxlamaq;
- Podratçının gördüyü işlərin keyfiyyətinə və texniki uyğunluğuna nəzarət etmək;
- Sahədə işlərin plan-qrafikə uyğun aparılmasını izləmək.
2. Texniki uyğunluq və keyfiyyət
- Quraşdırılan avadanlıq və sistemlərin layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Material və avadanlıqların texniki spesifikasiyalara uyğunluğunu təsdiqləmək;
- İşlərin AzDTN, EN, SNIP, PUE, NFPA və digər standartlara uyğun aparılmasını təmin etmək;
- Sahədə aşkar olunan qüsur və uyğunsuzluqları qeyd etmək və aradan qaldırılmasını tələb etmək.
3. Koordinasiya və əlaqələndirmə
- Baş podratçı, subpodratçı və digər sahə komandaları ilə koordinasiyanı təmin etmək;
- Mexanika, elektrik və digər mühəndislik sistemləri arasında toqquşmaların (clash) qarşısını almaq;
- Layihəçi və konsultantlarla sahə üzrə texniki məsələləri razılaşdırmaq;
- Gündəlik sahə koordinasiya görüşlərində iştirak etmək.
4. Test və istismara hazırlıq
- Sistemlərin test və sınaq işlərinə (testing & commissioning) nəzarət etmək;
- İstismara qəbul prosesinə hazırlıq mərhələsində iştirak etmək;
- As-built sənədlərin hazırlanmasına dəstək vermək.
5. Hesabatlılıq
- Gündəlik və həftəlik sahə hesabatlarını hazırlamaq;
- Görülən işlər və problemlər barədə layihə rəhbərliyinə məlumat vermək;
Foto və texniki qeydlərlə işlərin sənədləşdirilməsini aparmaq.