PMD Group MMC
Ana səhifə
/
/
/
Tədarükçülərin idarəolunması üzrə texniki mütəxəssis

Tədarükçülərin idarəolunması üzrə texniki mütəxəssis

03-04-2024

445

Bağlanılıb

Təsvir

· Cəmiyyətin fəaliyyətinin maddi-texniki təchizatının təmin edilməsi üçün şəffaflıq və obyektivlik prinsiplərini rəhbər tutaraq fəaliyyət sahələri üzrə yerli və xarici bazarlarda tədarükçülərin axtarışını həyata keçirir;

· Ehtiyac yarandığı halda ölkədaxili və ölkəxarici sərgilərdə və B2B görüşlərdə iştirak edir, fabrik/zavodların istehsal sahələrinə baxış keçirir və Cəmiyyəti təmsil edir;

· Cəmiyyət ilə yerli və xarici, kiçik və böyük tədarükçülər daxil olmaqla, hər bir tədarükçüyə işgüzar əməkdaşlıq üçün imkan yaradır. Yeni tədarükçülər haqqında ilkin məlumatı qeydə alır və daxili prosedur qaydalara əsasən hər hansı tədarükçünün seçilməsi uyğun olduqda, tədarükçü haqqında daha ətraflı məlumat toplayır, görüş vasitəsilə ilkin ünsiyyət yaradır;

· Satınalma əməliyyatının keçirilməsi zamanı tədarükçülərin axtarışı üçün vaxt itkisinin qarşısını alınması məqsədilə kifayət qədər tədarükçülərin qeydiyyata alınmasını təşkil etməklə, tədarükçülər barədə məlumat bazasının tamlığını təmin edir və əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında məlumat bazasında tələb olunan mal-material, xidmət və fəaliyyət istiqaməti üzrə ilkin qiymətləndirilməsini aparır;

· Tədarükçülər tərəfindən təqdim edilən sənədlərin SƏTƏM, Keyfiyyət təminatı və nəzarətə uyğun olmasını, təqdim edilən cizgilərin layihəyə və tələb olunan standartlara uyğunluğunu yoxlayır;

· Tədarükçülərin ilkin qiymətləndirilməsi barədə hesabatlar hazırlayır;

· Əməkdaşlığa cəlb edilən tədarükülərin fəaliyyət nəticələrinə əsasən SƏTƏM, Keyfiyyət təminatı və nəzarətə görə qeyri-məqbul dəyərlndirmiş tədarükçünün səbəblərin təsdiq edici sənədlərlə yoxlamasın və lazımi təqdirdə araşdırma məqsədilə, texniki şöbə və tədarükçülərlə görüşlərin tkeçirilməsi;

· Şöbə müdiri tərəfindən tapşırılan digər işləri yerinə yetirir;

·  Əmək qanunvericiliyi və əmək müqaviləsi ilə nəzərdə tutulmuş digər öhdəliklər.


Tələblər

·   SƏTƏM, KT/KN və ya Memarlıq sahəsində üzrə ali təhsil;

·   SƏTƏM, KT/KN və ya Memarlıq sahəsində azı 2 il iş təcrübəsin olması arzuolunandır;

·   Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – səlis, Rus dili – səlis;

·   Kompüter bacarıqları: MS Office proqramları;

·   Komanda ilə işləmək bacarığı;

·   Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları.


Vakansiya haqqında

Son tarix

may 30, 2024

Paylaşılıb

aprel 3, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə