PMD Group MMC
Ana səhifə
/
/
/
Texniki nəzarət üzrə menecer (Qarabağ)

Texniki nəzarət üzrə menecer (Qarabağ)

Bu gün

182

Təsvir

  • Tabeliyində olan texniki komandanın gündəlik iş qrafikini təşkil etmək;
  • Komanda üzvlərinin obyektlər üzrə gündəlik səfərlərini təmin etmək;
  • Layihənin layihə-smeta sənədlərinə və ölkədə qüvvədə olan norma və standartlara texniki cəhətdən uyğun icrasını təmin etmək;
  • Layihənin icra planının razılaşdırılmış qrafikə uyğun həyata keçirilməsinə nəzarət etmək, gecikmələrin qarşısını almaq üçün tədbirlər görmək;
  • Təhvil-təslim zamanı tikilinin istismara qəbulu aktının və digər sənədlər toplusunun mövcudluğunu yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasını təşkil etmək;
  • Layihənin razılaşdırılmış müddətdə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə icrasına nəzarəti təşkil etmək;
  • Layihənin idarə olunması və monitorinqi ilə bağlı işləri təşkil etmək;
  • Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin İdarəedilməsi siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Layihə üzrə dəyişikliklərin kompleks idarə olunması və nəzarətini təmin etmək;
  • Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqini həyata keçirmək;
  • Baş podrat təşkilatları ilə həftəlik görüşlər keçirmək, mövcud çətinlikləri aradan qaldırmaq və plan-qrafikə uyğunluğa nəzarət etmək;
  • Baş podratçı ilə sifarişçi arasında əlaqələrin koordinasiyasını təmin etmək;
  • Tikintiyə icazə almaq məqsədilə rəsmi qurumların nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq;
  • Quraşdırılmış kommunal şəbəkələrin keyfiyyətini və sənədləşməsini yoxlamaq;
  • Transformator yarımstansiyası, generator birləşməsi və elektrik kabellərinin düzgün yığılması, həmçinin paneldə sığorta açarlarının quraşdırılması məqsədilə elektrik laboratoriyasının cəlb olunmasını təmin etmək;
  • Suqəbuledici qurğunun və nasos stansiyasının işə salınması və istismara verilməsini təşkil etmək;
  • Yanğın siqnalizasiya sistemi, sulu söndürmə sistemləri və tüstü sovurma sistemlərinin yoxlanılmasını və FHN-in Yanğından Mühafizə orqanlarına təhvil verilməsini təmin etmək;
  • Tamamlama işlərinin keyfiyyətinin normativ tələblərə və dizayn layihəsinə uyğunluğuna dair sənədləşməni yoxlamaq;
  • Ekspert qiymətləndirməsinin nəticələrinə əsasən aktların və sınaq hesabatlarının tərtibini təmin etmək;
  • FHN və digər dövlət qurumlarının müfəttişləri tərəfindən obyektin istismara qəbul prosesi zamanı iştirak etmək;
  • Tələb olunduğu halda istismarda olan layihələrdə ilkin texniki müayinə aparmaq və rəhbərliyə hesabat hazırlayıb təqdim etmək;
  • Vəzifə və funksiyalara uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
  • Tabeliyində olan insan və texniki resursları səmərəli şəkildə idarə etmək.

Tələblər

  • Mühəndislik (inşaat) ixtisasları üzrə ali təhsil;
  • Yaşayış binaları, otellər, iş mərkəzləri və digər obyektlərdə tikinti və texniki baxım sahəsində azı 10 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə;
  • Kompüter bacarıqları: MS Office proqramları, AutoCAD;
  • Tikinti normaları və layihələrin idarəedilməsi sahəsində nəzəri və praktiki biliklər;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

December 5, 2026

Paylaşılıb

noyabr 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak