Layihənin layihə-smeta sənədlərinə və ölkədə qüvvədə olan norma və standartlara texniki cəhətdən uyğun icrasına nəzarət etmək;
Təhvil-təslim zamanı tikilinin istismara qəbulu aktının və digər sənədlər toplusunun mövcudluğunu yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasına nəzarət etmək;
Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsinə nəzarət etmək;
Layihənin idarə olunması və monitorinqi üzrə işləri təşkil etmək;
Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin İdarəedilməsi siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
Layihə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təmin etmək;
Layihə üzrə risklərin müəyyən edilməsi, təhlili, tədbirlər planının hazırlanması, icrası və monitorinqini həyata keçirmək;
Podrat təşkilatları ilə həftəlik görüşlər keçirmək, çətinliklərin aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq;
Podratçı və sifarişçi arasında əlaqələri koordinasiya etmək;
Tikintiyə icazə almaq üçün rəsmi qurumların nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq;
Tamamlama işlərinin keyfiyyətinin normativ tələblərə və dizayn layihəsinə uyğun sənədləşməsini yoxlamaq;
Monitorinq fəaliyyətinin nəticələrinə əsasən aktlar və sınaq hesabatları tərtib etmək;
Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumlarının müfəttişləri tərəfindən obyektin istismara qəbul prosesində iştirak etmək;
Tələb olunduğu halda, istismarda olan layihələrdə ilkin texniki müayinə aparmaq və rəhbərliyə hesabat hazırlayıb təqdim etmək;
Vəzifə və funksiyalara uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək;
Tabeliyində olan resursları səmərəli idarə etmək.
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
Yaşayış binaları, otellər, iş mərkəzləri və digər obyektlərdə tikinti və texniki baxım sahəsində azı 10 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə;
Kompüter bilikləri: MS Office proqramları, AutoCAD;
Tikinti normaları və layihələrin idarə olunması üzrə nəzəri və praktiki biliklər;
Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları.
Son tarix
June 29, 2025
Paylaşılıb
iyun 3, 2025
Vakansiya növü
Tam ştat
Facility Management Group ● Bakı, Azərbaycan
Bu gün
3.1K
"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Bu gün
151
PMD Group MMC ● Bakı, Azərbaycan
Bu gün
138
Mətanət A Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
Bu gün
84
PMD Projects MMC ● Bakı, Azərbaycan
Bu gün
181