PMD Group MMC
Ana səhifə
/
/
/
Tikinti layihələrinin idarə olunması üzrə köməkçi

Tikinti layihələrinin idarə olunması üzrə köməkçi

Dünən

236

Təsvir

İclas və Görüşlərin Təşkili və Protokollaşdırılması

  • İclas və görüşlərdə iştirak etmək, qeydləri aparmaq və iclas protokollarını hazırlamaq;
  • Protokolları iştirakçılarla paylaşmaq və müvafiq məlumat bazalarında qeydiyyata alınmasını təmin etmək;
  • Tanışlıq və təhvil-təslim iclaslarında iştirak etmək, iclasların təşkilini təmin etmək və protokollaşdırmaq;

Sənədləşməyə Nəzarət və İdarəetmə

  • Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
  • Layihələr üzrə hüquqi və rəsmi sənədlərin düzgün şəkildə qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;
  • Şirkətdən çıxan sənədlərin göndərilməsini və qeydiyyatının aparılmasını təmin etmək;
  • Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyəti üzrə yönləndirilməsi və arxiv sistemində düzgün şəkildə saxlanılmasını təmin etmək;

Standartlara Uyğunluq və Keyfiyyət Təminatı

  • Sənəd dövriyyəsinin daxili prosedurlara və ISO 9001 keyfiyyət standartına uyğun həyata keçirilməsini təmin etmək;
  • Layihənin təhvil-təslimi zamanı sənədləşmə prosesinin düzgün icra olunmasına nəzarət etmək;

Koordinasiya və Əməkdaşlıq

  • Sifarişçi, podratçı və icraçı şirkətlərlə sənəd mübadiləsinin koordinasiyasını həyata keçirmək;
  • Tərəfdaş şirkətlərin lazımi sənədlər və nümunələrlə təmin olunmasını təşkil etmək;

Tender və Müqavilə Sənədləri ilə İş

  • Təsdiqlənmiş tender sənədlərinin uyğunluğunu yoxlamaq, onları toplamaq, çapa vermək, razılaşdırmaq, bölüşdürmək və serverə yerləşdirmək;
  • Təsdiqlənmiş müqavilələrin uyğunluğunun yoxlanılması, çapa verilməsi, razılaşdırılması, qeydiyyata alınması və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;

Elektron Sistemlər və Hesabatlılıq

  • Aconex və digər sənəd idarəetmə sistemləri vasitəsilə tələb olunan vaxtda və formada sənəd yoxlama hesabatlarını hazırlamaq;

Əlavə Tapşırıqlar

  • Şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq koordinasiya işlərini yerinə yetirmək;
  • Rəhbərlik tərəfindən verilən digər oxşar tapşırıqları yerinə yetirmək.


Tələblər

Müvafiq ixtisas üzrə ali təhsil;

Sənədlərə nəzarət üzrə ən azı 2 il iş təcrübəsi; mülki-sənaye tikinti sahəsində təcrübə üstünlük sayılır;

Layihələrin planlaşdırılması, icrası və monitorinqi prosesləri haqqında biliklər;

Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;

Kompüter bilikləri: MS Office proqramları, eləcə də BIW, Conject, Aconex və 1C proqram təminatlarında işləmə bacarığı;

Yüksək səviyyədə işgüzar yazışma və sənədlərlə işləmə bacarığı;

Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Vakansiya haqqında

Son tarix

June 29, 2025

Paylaşılıb

iyun 5, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Tikinti və Daşınmaz əmlak