Zəif axın və Yanğın siqnalizasiya sistemləri layihələrinin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması
Layihələr üzrə həftəlik hesabatların rəhbərliyə təqdimatı
Mühəndislik planlarının nəzərdən keçirilməsi, hesabat və layihələndirilməsinə nəzarət
Layihələrin yerli və beynəlxalq standartlara, təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsinə nəzarət etmək
Müxtəlif mühəndislik fənləri, tətbiq üsulları və materialları haqqında biliklərin tədqiqi
Podratçı şirkətin ELV və Yanğın siqnalizasiya sistemi mühəndislərinin işini izləmək və tövsiyələr vermək, tələb olunduğu təqdirdə seminarlar təşkil etmək
Podratçı və subpodratçı ELV və Yanğın siqnalizasiya sistemi layihə qruplarına nəzarət etmək, onlara dizayn spesifikasiyalarını şərh etməkdə kömək etmək
Layihə proqramının tələblərini hazırlamaq
Layihə ilə əlaqəli məsələlərin vaxtında həll olunmasını və layihə tələblərinin yerinə yetirilməsini təmin etmək üçün tərəfdaşlarla ünsiyyətdə olmaq
Qarşıya qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün podratçı şirkətlərlə sıx əlaqədə olmaq
Layihə ehtiyaclarını və məqsədlərini müəyyən etmək üçün birbaşa rəhbəri ilə işləmək
Podratçılar və subpodratçılar tərəfindən görülən işlərin düzgünlüyünü yoxlamaq və rəhbərliyə hesabat şəklində çatdırmaq
Müxtəlif təyinatlı layihələrə görə mütəxəssislər ilə məsləhətləşmələr aparmaq
Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək
Tələblər
Elektrik mühəndisliyi üzrə ali təhsil
ELV (layihələndirmə üzrə) kimi minimum 10 il iş təcrübəsi
Kompüter bacarıqları: AutoCAD-dan istifadəni yüksək səviyyədə bacarmaq
Yüksək idarəetmə və ünsiyyət bacarıqları
Detal yönümlü və yüksək analitik bacarıqlar
Yüksək təqdimat və komandada işləmək bacarığı
Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili - yaxşı və əlavə dillər arzuolunandır