Tikinti sahəsinə təqdim olunan konstruktiv layihə və işçi sənədləri qəbul etmək, nəzərdən keçirmək və onların sahədə icra üçün uyğunluğunu qiymətləndirmək;
IFC, Shop Drawing, Method Statement, ITP, Material Submittal, RFI və digər texniki sənədləri konstruksiya hissəsi üzrə yoxlamaq və müvafiq rəy vermək;
Layihə ilə faktiki tikinti vəziyyəti arasında uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün texniki təkliflər hazırlamaq;
Layihəçi tərəfindən təqdim edilmiş konstruktiv həllərin tikinti sahəsində tətbiq imkanlarını qiymətləndirmək və zəruri hallarda texniki düzəlişlər üzrə təkliflər vermək;
RFI (Request for Information), Technical Query və digər texniki sorğuların hazırlanmasında və cavablandırılmasında iştirak etmək;
Sahədə aşkar edilmiş konstruktiv uyğunsuzluqlar üzrə NCR, Observation və digər keyfiyyət sənədlərinin hazırlanması və bağlanılması prosesində iştirak etmək;
Armatur işlərinin diametri, aralığı, yerləşməsi, bindirmə uzunluqları, ankerləmə, qoruyucu beton qatı və digər konstruktiv tələblərə uyğunluğunu yoxlamaq;
Qəlib və dayaq sistemlərinin layihəyə və təsdiq edilmiş metodologiyaya uyğunluğunu yoxlamaq;
Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını konstruksiya işləri üzrə izləmək və gecikmələr barədə rəhbərliyə məlumat vermək;
Sahədə aparılan konstruksiya işlərinin gündəlik və həftəlik monitorinqində iştirak etmək və görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin etmək;
Tikinti zamanı layihədə dəyişiklik tələb edən məsələləri müəyyən etmək, dəyişikliklərin texniki əsaslandırılmasında və müvafiq təsdiqlərin alınmasında iştirak etmək;
As-Built sənədlərinin faktiki tikinti vəziyyətinə uyğun hazırlanmasına nəzarət etmək;
Tikinti mərhələsinin sonunda konstruksiya işlərinin təhvil-təslim prosesində iştirak etmək və müvafiq texniki sənədləri yoxlamaq;
Konstruksiya işləri üzrə subpodratçıların təqdim etdiyi işlərin qəbulunda iştirak etmək;
Tələblər
Ali təhsil: İnşaat mühəndisliyi / Mülki tikinti / Konstruksiya mühəndisliyi ixtisası üzrə;
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il, o cümlədən tikinti sahəsində praktiki iş təcrübəsi;
Konstruktiv layihələrin, işçi çertyojların və Shop Drawing-lərin oxunması və təhlili bacarığı;
Azərbaycan Respublikasında tətbiq olunan tikinti norma və qaydaları, AzDTN, SNİP, eləcə də layihədə tətbiq olunan beynəlxalq standartlar barədə biliklər,monolit dəmir-beton və metal konstruksiyaların tikinti texnologiyası üzrə praktiki biliklər,beton,armatur, metal konstruksiya və digər əsas konstruktiv materialların texniki xüsusiyyətləri və keyfiyyət tələbləri barədə biliklər;
Kompyuter bacarıqları: AutoCAD, MS Office və konstruktiv hesablama proqramları ilə işləmək bacarığı;
Texniki hesabatların, aktların və digər tikinti sənədlərinin hazırlanması bacarığı,RFI, NCR, Method Statement, ITP, Material Submittal və digər tikinti sənədləri ilə işləmə bacarığı;
Azərbaycan dili – səlis,İngilis dili – yaxşı;
Layihəçi, podratçı və digər tərəflərlə effektiv texniki kommunikasiya və koordinasiya bacarığı;
Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
Komandada işləmək və tikinti sahəsində operativ qərar qəbul etmək bacarığı;
İş təhlükəsizliyi, keyfiyyət və tikinti texnologiyası tələblərinə məsuliyyətli yanaşma.