DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
BTP proqramında işləməklə vergi bəyannamələri tərtib etmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak edilməsi;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və hərəkəti ilə bağlı əməliyyatlarının uçotunun mühasibatlıq qaydalarına uyğun əks etdirilməsi və nəzarət edilməsi;
Mal/xidmətlərin, müqavilələrin, sifariş sənədlərinin və təhvil-təslim aktlarının yoxlanılması
Tədarükçülərlə üzləşmə və malların sayımına nəzarət edilməsi;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesabalanması və balansdan silinməsi kimi əməliyyatların aparılması;
Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi;
Həftəlik əsasda avans hesabatının hazırlanması;
Ay bağlanması prosesində iştirak etmək;
Əsas vəsaitlərin və mal-materialların inventarizasiyasında iştirak etmək;
Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların tərtib edilməsində yaxından iştirak;
Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil : Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və digər əlaqəli sahələrdə ali təhsil;
İş təcrübəsi : Müvafiq sahə üzrə azı 3-5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
Peşəkar ünsiyyət bacarığı;
Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı;
Vergi və Əmək qanunvericiliyi üzrə biliklərin olması.