PMD Projects MMC

Böyük mühasib

17-10-2024

1.2K

Bağlanılıb

Təsvir

  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • BTP proqramında işləməklə vergi bəyannamələri tərtib etmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və hərəkəti ilə bağlı əməliyyatlarının uçotunun mühasibatlıq qaydalarına uyğun əks etdirilməsi və nəzarət edilməsi;
  • Mal/xidmətlərin, müqavilələrin, sifariş sənədlərinin və təhvil-təslim aktlarının yoxlanılması
  • Tədarükçülərlə üzləşmə və malların sayımına nəzarət edilməsi;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesabalanması və balansdan silinməsi kimi əməliyyatların aparılması;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi;
  • Həftəlik əsasda avans hesabatının hazırlanması;
  • Ay bağlanması prosesində iştirak etmək;
  • Əsas vəsaitlərin və mal-materialların inventarizasiyasında iştirak etmək;
  • Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların tərtib edilməsində yaxından iştirak;
  • Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil : Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və digər əlaqəli sahələrdə ali təhsil;
  • İş təcrübəsi : Müvafiq sahə üzrə azı 3-5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
  • Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
  • Peşəkar ünsiyyət bacarığı;
  • Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı;
  • Vergi və Əmək qanunvericiliyi üzrə biliklərin olması.

Vakansiya haqqında

Son tarix

noyabr 16, 2024

Paylaşılıb

oktyabr 17, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak