PMD Projects MMC
Ana səhifə
/
/
/
İnsan Resursları Əməliyyatları və Analitika üzrə Mütəxəssi/Aparıcı Mütəxəssis

İnsan Resursları Əməliyyatları və Analitika üzrə Mütəxəssi/Aparıcı Mütəxəssis

Dünən

428

Təsvir

  • Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
  • Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
  • İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişikliklərin ERP sisteminə və elektron portala işlənilməsi;
  • Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
  • Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
  • Əməkdaşlara dair məlumatların toplanması, sistemləşdirilməsi və təhlili;
  • Analitik arayışlar, təqdimatlar və qərar qəbul etməni dəstəkləyən hesabatların hazırlanması;
  • Məlumatların vizuallaşdırılması məqsədilə dashboard və qrafik hesabatların hazırlanması (Excel, Power BI və digər müvafiq alətlər vasitəsilə);
  • Məlumatların düzgünlüyünün, tamlığının və keyfiyyətinin təmin edilməsi;
  • İnsan resursları proseslərinin avtomatlaşdırılması üçün təklifləri hazırlamaq və icrasında iştirak edilməsi;
  • İnsan resurslarına dair məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, müvafiq normativ tələblərə riayət olunması;
  • Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması (işdən çıxış müsahibənin keçirilməsi), müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi.

Tələblər

  • Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, İdarəetmə) üzrə bakalavr və ya magistr dərəcəsi
  • İnsan Resursları üzrə azı 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı
  • Kompüter bacarıqları: MS Office, 1C, Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • “MOSE” sertifikatı, İR sahəsində beynəlxalq sertifikatlar, İR proseslərinin avtomatlaşdırılması layihələrində təcrübə olması üstünlükdür
  • Elektron Hökumət Portalı ilə işləmə bacarığı
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi yaxşı səviyyədə bilmək
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı
  • Yüksək təqdimat bacarığı
  • Yüksək analitik düşüncə bacarığı

Vakansiya haqqında

Son tarix

March 4, 2026

Paylaşılıb

yanvar 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak