İşçilərin şəxsi məlumat bazalarının daim yenilənməsini və məlumatların düzgünlüyünün təmin edilməsində dəstək vermək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq, sistemləşdirmək, saxlamaq və müvafiq dəyişikliklərin vaxtında şəxsi işlərdə əks etdirilməsini təmin etmək;
İşçilərin şəxsi işləri üzrə sənədlərin tamlığını və düzgünlüyünü mütəmadi yoxlamaq;
Əmək müqavilələri, əlavə razılaşmalar, əmrlər və digər kadr sənədlərinin hazırlanmasında iştirak etmək və sənədlərin əməkdaşlara imzalatdırılmasını təmin etmək;
Əmək kitabçalarının qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun doldurulması və qeydiyyatını həyata keçirmək;
Elektron Hökumət Portalında əmək münasibətləri ilə bağlı müvafiq bildirişlərin daxil edilməsini və məlumatların akntuallığının təmin edilməsini həyata keçirmək;
Kadr sənədlərinin elektron və fiziki arxivinin düzgün aparılmasını və sənədlərin sistemləşdirilməsini təmin etmək;
İşçilərin şəxsi məlumatlarında baş verən dəyişiklikləri (ünvan, telefon nömrəsi, bank məlumatları, ailə vəziyyəti və s.) vaxtında sistemlərdə və müvafiq sənədlərdə əks etdirmək.
İşçilərin illik və digər məzuniyyətlərinin rəsmiləşdirilməsi, qeydiyyatı və müvafiq sənədlərin hazırlanmasını həyata keçirmək;
Məzuniyyət qalıqları və istifadə edilmiş məzuniyyətlər üzrə məlumatların yenilənməsində iştirak etmək;
İşə qəbul, vəzifə dəyişikliyi, struktur bölmələr üzrə dəyişiklik, xitam və digər işçi hərəkətləri ilə bağlı sənədləşməyə inzibati dəstək göstərmək;
İşçilərin şəxsi sənədləri və əmək münasibətləri ilə bağlı sorğularını qəbul etmək və aidiyyəti üzrə yönləndirmək.
Ehtiyac yarandıqda vakansiyalar üzrə iş müsahibələrinin təşkilində və namizədlərlə əlaqələndirmədə iştirak etmək;
İşə qəbul prosesində tələb olunan sənədlərin toplanması və yoxlanılmasına dəstək olmaq;
Yeni işçilərin işə qəbul və onboarding prosesində zəruri sənədlərin və inzibati məsələlərin koordinasiyasında iştirak etmək;
Namizədlərin məlumat bazasını mütəmadi yeniləmək və məlumatların sistemləşdirilməsini təmin etmək;
Vakansiyalar və namizədlər üzrə hesabatların hazırlanmasına inzibati dəstək göstərmək.
Tələblər
Ali təhsil. Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
İnsan Resursları sahəsində təcrübə arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
Kompüter bacarıqları: MS Office, 1C ;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi barədə məlumatlı olmaq;
Elektron Hökumət Portalı və əmək münasibətləri üzrə elektron sistemlərlə işləmə təcrübəsi;