PMD Projects MMC
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə Köməkçi

İnsan Resursları üzrə Köməkçi

Bu gün

15

Təsvir

  • İşçilərin şəxsi məlumat bazalarının daim yenilənməsini və məlumatların düzgünlüyünün təmin edilməsində dəstək vermək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, sistemləşdirmək, saxlamaq və müvafiq dəyişikliklərin vaxtında şəxsi işlərdə əks etdirilməsini təmin etmək;
  • İşçilərin şəxsi işləri üzrə sənədlərin tamlığını və düzgünlüyünü mütəmadi yoxlamaq;
  • Əmək müqavilələri, əlavə razılaşmalar, əmrlər və digər kadr sənədlərinin hazırlanmasında iştirak etmək və sənədlərin əməkdaşlara imzalatdırılmasını təmin etmək;
  • Əmək kitabçalarının qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun doldurulması və qeydiyyatını həyata keçirmək;
  • Elektron Hökumət Portalında əmək münasibətləri ilə bağlı müvafiq bildirişlərin daxil edilməsini və məlumatların akntuallığının təmin edilməsini həyata keçirmək;
  • Kadr sənədlərinin elektron və fiziki arxivinin düzgün aparılmasını və sənədlərin sistemləşdirilməsini təmin etmək;
  • İşçilərin şəxsi məlumatlarında baş verən dəyişiklikləri (ünvan, telefon nömrəsi, bank məlumatları, ailə vəziyyəti və s.) vaxtında sistemlərdə və müvafiq sənədlərdə əks etdirmək.
  • İşçilərin illik və digər məzuniyyətlərinin rəsmiləşdirilməsi, qeydiyyatı və müvafiq sənədlərin hazırlanmasını həyata keçirmək;
  • Məzuniyyət qalıqları və istifadə edilmiş məzuniyyətlər üzrə məlumatların yenilənməsində iştirak etmək;
  • İşə qəbul, vəzifə dəyişikliyi, struktur bölmələr üzrə dəyişiklik, xitam və digər işçi hərəkətləri ilə bağlı sənədləşməyə inzibati dəstək göstərmək;
  • İşçilərin şəxsi sənədləri və əmək münasibətləri ilə bağlı sorğularını qəbul etmək və aidiyyəti üzrə yönləndirmək.
  • Ehtiyac yarandıqda vakansiyalar üzrə iş müsahibələrinin təşkilində və namizədlərlə əlaqələndirmədə iştirak etmək;
  • İşə qəbul prosesində tələb olunan sənədlərin toplanması və yoxlanılmasına dəstək olmaq;
  • Yeni işçilərin işə qəbul və onboarding prosesində zəruri sənədlərin və inzibati məsələlərin koordinasiyasında iştirak etmək;
  • Namizədlərin məlumat bazasını mütəmadi yeniləmək və məlumatların sistemləşdirilməsini təmin etmək;
  • Vakansiyalar və namizədlər üzrə hesabatların hazırlanmasına inzibati dəstək göstərmək.



Tələblər

  • Ali təhsil. Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • İnsan Resursları sahəsində təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office, 1C ;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi barədə məlumatlı olmaq;
  • Elektron Hökumət Portalı və əmək münasibətləri üzrə elektron sistemlərlə işləmə təcrübəsi;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

September 27, 2026

Paylaşılıb

avqust 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak