PMD Projects MMC
Ana səhifə
/
/
/
İnsan resursları üzrə mütəxəssis

İnsan resursları üzrə mütəxəssis

Dünən

372

Təsvir

  • Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması, 1C proqramında müvafiq əməliyyatların icra edilməsi ;
  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi ;
  • İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi ;
  • Davamiyyət, məzuniyyət və ezamiyyət cədvəllərinin qurulması ;
  • Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması, işçilərin məzuniyyətlərini istifadə etmələrinin təmin edilməsi ;
  • İşə qəbul prosesinə dəstək verilməsi ;
  • Təlim və inkişaf prosesinə dəstək verilməsi ;
  • HR şöbəsinin gündəlik işlərinin icrasında iştirak edilməsi ;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və dəyişikliklərin qeydiyyatının aparılması ;
  • İşçilərə aid sənədlərin (əmrlər, müqavilələr, razılaşmalar və s.) hazırlanması və təsdiq prosesinin tamamlanması ;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icra edilməsi.

Tələblər

  • Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, Biznesin idarəedilməsi və s.) üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi: İnsan Resursları üzrə azı 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır
  • Kompüter bacarıqları: MS Office – yaxşı, 1C -arzuolunandır
  • ƏMAS-da işləmə bacarığı
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi yaxşı səviyyədə bilmək
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı


Vakansiya haqqında

Son tarix

October 21, 2025

Paylaşılıb

sentyabr 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Tikinti və Daşınmaz əmlak