PMD Projects MMC
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis

Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis

06-01-2026

422

Təsvir

  • Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək və bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
  • Tikinti sahələrində yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
  •  Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək;
  • Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
  • İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
  • Tikinti sahələrində işlərin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
  • Açılmış uyğunsuzluq hesabatlarında düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
  •  İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq;
  • 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
  • Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
  • İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
  • Vaxtaşırı ərazidə istehsalat prosesinə nəzarət etmək;
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
  • Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
  • Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
  • Gələn yoxlama bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;
  • Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək;
  • Keyfiyyətlə bağlı iclasların təşkil edilməsi və aparılması;
  • Yoxlama vərəqləri və KN üzrə zəruri sənədlərin hazırlanmasında və tərtibatında iştirak etmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.


Tələblər

  • Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə və ya 3 ildən çox təcrübə olduğu zaman ixtisas fərq etmir;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzu olunandır;
  • Kompüter bilikləri: MS Office, AutoCad.


Vakansiya haqqında

Son tarix

February 15, 2026

Paylaşılıb

yanvar 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak