PMD Projects MMC

Mexanika mühəndisi

Bu gün

57

Təsvir

  • Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
  • Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
  • Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
  • Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstək vermək və inkişaf etdirmək;
  • Tender prosesində şirkətlərdən gələn təklifləri texniki baxımdan dəyərləndirmək və qiymətləndirmək;
  • Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
  • Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin yekununda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
  • Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
  • Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
  • Mexanika üzrə texniki hesabatları yerinə yetirmək;
  • İsitmə, soyutma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri, avtomatik yanğın söndürmə sistemləri (mexanik sistemlər) barəsində nəzarəti həyata keçirmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.

 

Tələblər

  • Ali təhsil: Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
  • Kompüter bacarıqları: MS Office, Autocad.

Vakansiya haqqında

Son tarix

November 14, 2026

Paylaşılıb

oktyabr 15, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Tikinti və Daşınmaz əmlak