Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstək vermək və inkişaf etdirmək;
Tender prosesində şirkətlərdən gələn təklifləri texniki baxımdan dəyərləndirmək və qiymətləndirmək;
Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
Layihənin yekununda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
Mexanika üzrə texniki hesabatları yerinə yetirmək;
İsitmə, soyutma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri, avtomatik yanğın söndürmə sistemləri (mexanik sistemlər) barəsində nəzarəti həyata keçirmək;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.
Tələblər
Ali təhsil: Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;