PMD Projects MMC

Mexanika mühəndisi

23-07-2024

728

Bağlanılıb

Təsvir

·        Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;

·        Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;

·        Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;

·        Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;

·        Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;

·        Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

·        Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.

·        Avadanlıq və materialların istehsalçı tərəfindən satış qiyməti üçün databazanın güncəl saxlanması

·        Rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

·        Ali təhsil : Mexanika sahəsi üzrə ali təhsil;

·        İş təcrübəsi :Müvafiq sahə üzrə azı 7-8 il iş təcrübəsi;

·        Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA;

·        Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;

·        Kompüter bilikləri: MS Office, AutoCAD;

·        Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

Vakansiya haqqında

Son tarix

avqust 14, 2024

Paylaşılıb

iyul 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak