PMD Projects MMC

Mühasib

19-08-2025

620

Təsvir

  • Hesab fakturaların toplanması, yoxlanılması və ödənişə hazırlanması;
  • Müxabirləşmə əməliyyatlarının icra edilməsi;
  • Subpodrat və bank hesabatının kreditor borcları və ödənişləri ilə qarşılaşdırılması və yaranan fərqlərin araşdırılaraq aradan qaldırılması;
  • Kreditor hesablarının nəzarətdə saxlanılması və ödənişlərin vaxtında icrası;
  • Əsas vəsaitlərin və mal-material qiymətlilərinin inventarizasiyasında iştirak etmək;
  • Xaric olan pul vəsaiti axınının proqnozlaşdırılması;
  • Həftəlik əsasda ödəniş cədvəlinin hazırlanması, ödənişlərin icra edilməsi, öhdəliklərin tanıdılması və bağlanması, avans əməliyyatlarının sistemə daxil edilməsi;
  • Həftəlik əsasda avans hesabatının hazırlanması;
  • Ay bağlanmasında iştirak etmək;
  • Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
  • Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında yaxından iştirak;
  • Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası.


Tələblər

  • Ali təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və digər əlaqəli sahələrdə ali təhsil;
  • İş təcrübəsi :Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
  • Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
  • Peşəkar ünsiyyət bacarığı;
  • Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 9, 2025

Paylaşılıb

avqust 19, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya here

Tikinti və Daşınmaz əmlak