PMD Projects MMC
Ana səhifə
/
/
/
Müqavilələr üzrə aparıcı mütəxəssis

Müqavilələr üzrə aparıcı mütəxəssis

06-01-2026

539

Təsvir

  • Müqavilələrin, əlavə razılaşmaların hazırlanmasını, aidiyyatı üzrə bölmələrin toplanmasını təmin etmək;
  • Layihədə görülən işlər üzrə layihə müdirinin və (və ya) kommersiya rəhbərinin tələbi ilə iş təlimatlarının verilməsini, uyğunsuzluq aktlarının verilməsini, məktubların, bildirişlərin verilməsini təmin etmək, layihə müdiri tərəfindən bu məktubların icrasının nəzərdə saxlanması üçün töhfə vermək;
  • Müəssisələr tərəfindən təqdim edilmiş bank qarantiyalarının müqavilə əlavəsində olan bank qarantiyasına uyğun olmasının yoxlanması, əgər uyğun olarsa sənədin əslinin şirkətə göndərilməsini təmin etmək;
  • Göndərilən və ya qəbul edilən sənədlərin qeydiyyatının aparılmasına nəzarət etmək;
  • Daxili tender paketinin formalaşdırılması zamanı təqdim edilən kommersiya şərtlərinə uyğun düzgün müqavilə nümunəsinin təqdim edilməsi, müqavilə üçün zəruri olan bölmələrin təqdim edilməsində yardımçı olmaq;
  • Şirkətin iştirak etdiyi tenderlər zamanı təqdim edilmiş müqavilə nümunələrinin nəzərdən keçirilməsi və hüquqi cəhətdən riskli məqamların və maddələrin qeyd edilməsi, tender paketlərinin formalaşdırılması zamanı zəruri olan sənədlərin təqdim edilməsi üçün dövlət orqanları və digər aidiyyatı müəssisələrə müraciətlərin hazırlanması və sənədlərin müəyyən edilən vaxt çərçivəsində əldə edilməsinin təmin edilməsi;
  • Müqaviləyə əlavə və dəyişikliklərin hazırlanması, müqavilə dəyişikliyi qaydasına uyğun olaraq bu dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
  • Qarşı tərəfdən təqdim edilmiş müqavilə nümunələrinin analiz edilməsi və ehtiyaca uyğun hüquqi düzəlişlərin edilməsi;
  • Podratçı şirkətlər ilə bağlanmış müqavilə şərtlərinə qarşı tərəf riayət etməzsə layihə müdirinin göstərişi əsasında cərimə və digər təminat       tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Qarantiya müddətlərinin izlənməsi, daimi olaraq müddətin bitməsinə yaxın bu barədə məlumatların rəhbərliyə təqdim edilməsi və qarantiyalar barədə hesabatların hazırlanması və ;
  • Rəhbərlik tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.


Tələblər

  • Ali təhsil: İqtisadi, hüquq sahəsi üzrə;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office.

Vakansiya haqqında

Son tarix

February 15, 2026

Paylaşılıb

yanvar 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak