PMD Projects MMC

Təcrübə proqramı

Dünən

609

Təsvir

PMD Projects MMC aşağıda qeyd olunmuş sahələr üzrə 3 aylıq ödənişli "Təcrübə proqramı" elan edir. 


Maraqlanan şəxslərdən müraciət etmək istədiyi təcrübə proqramını müraciətlərin ilkin qiymətləndirilməsi üzrə suallar hissəsindən seçmələri xahiş olunur.


Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.


  • İnşaat mühəndisi təcrübəçi ( İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil)
  • İnsan Resursları üzrə təcrübəçi (İR idarəedilməsi, Biznesin idarəedilməsi və s. üzrə ali təhsil)
  • Memar təcrübəçi (Memarlıq ixtisası üzrə ali təhsil)
  • Tikinti xərclərinə nəzarət üzrə təcrübəçi (İnşaat mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil)
  • Mexanika mühəndisi təcrübəçi (Mexanika mühəndisliyi sahəsi üzrə ali təhsil)
  • Elektrik mühəndisi təcrübəçi (Elektrik mühəndisliyi üzrə ali təhsil)
  • Keyfiyyətə nəzarət üzrə təcrübəçi (İnşaat mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil)
  • Avtomatlaşdırma və elektronika mühəndisi təcrübəçi (Avtomatlaşdırma və elektronika sahəsi üzrə ali təhsil)
  • Mühəndis-konstruktor təcrübəçi ( İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil)
  • Geodeziya mühəndisi təcrübəçi (Geodeziya mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil)
  • Satınalmalar üzrə təcrübəçi (Müvafiq ixtisas üzrə ali təhsil)
  • SƏTƏM üzrə təcrübəçi (SƏTƏM və ya oxşar ixtisas üzrə ali təhsil)

Tələblər

  • 2025 məzunu və ya hal-hazırda 4-cü kursda təhsil alan tələbələr
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
  • Kompüter bilikləri: MS Office - yaxşı
  • Effektiv ünsiyyət və komanda ilə çalışma bacarığı
  • Öyrənməyə həvəsli və təşəbbüskar olmaq

Vakansiya haqqında

Son tarix

January 6, 2026

Paylaşılıb

dekabr 23, 2025

Vakansiya növü

Təcrübə

Kateqoriya

Tikinti və Daşınmaz əmlak