Şirkətin biznes prioritetləri, layihə tələbləri, kompetensiya ehtiyacları və təsdiq edilmiş büdcələrə uyğun olaraq illik Təlim və İnkişaf (L&D) strategiyasını və planını hazırlamaq və davamlı olaraq yeniləmək.
Şöbələr və layihələr üzrə strukturlaşdırılmış Təlim Ehtiyaclarının Təhlili (TNA) prosesini formalaşdırmaq və tətbiq etmək; bu prosesdə biznes tələblərini, kompetensiya boşluqlarını, KPI nəticələrini və fəaliyyətin qiymətləndirilməsi nəticələrini əsas giriş məlumatları kimi nəzərə almaq.
Şöbə və layihə rəhbərləri ilə sıx əməkdaşlıq edərək mövcud və gələcək kompetensiya ehtiyaclarını müəyyən etmək və onları müvafiq təlim və inkişaf tədbirlərinə çevirmək.
İllik təlim planını hazırlamaq və yeniləmək; məcburi, texniki, peşəkar, funksional və liderlik inkişafı proqramlarının müvafiq prioritetləşdirilməsini təmin etmək.
Təsdiq edilmiş Təlim və İnkişaf (L&D) büdcəsinə nəzarət etmək, planlaşdırılmış və faktiki xərcləri izləmək, kənarlaşmaları müəyyən etmək və təlim xərcləri və büdcədən istifadə barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Təlim tarixçəsi, iştirak, xərclər, təlim provayderləri, sertifikatlar, qiymətləndirmələr və digər müvafiq təlim məlumatlarını əhatə edən mərkəzləşdirilmiş və standartlaşdırılmış Təlim və İnkişaf məlumat bazasını idarə etmək.
L&D məlumatlarının ardıcıllığını və dəqiqliyini təmin etmək, etibarlı tarixi məlumatların və idarəetmə hesabatlarının hazırlanmasını dəstəkləmək məqsədilə standart şablonlar, izləmə cədvəlləri və hesabat formatları formalaşdırmaq.
Təlim müraciətlərinin və təsdiqlərinin vahid və ardıcıl prosesini formalaşdırmaq və idarə etmək; təlim fəaliyyətlərinin müvafiq əsaslandırılmasını, təsdiqlənməsini və qeydiyyata alınmasını təmin etmək.
Təlimlərin qiymətləndirilməsi mexanizmlərini hazırlamaq və tətbiq etmək, iştirakçıların rəylərini, əldə edilmiş biliklərin iş prosesində tətbiqini və müvafiq hallarda təlimlərin biznes və fəaliyyət nəticələrinə təsirini təhlil etmək.
KPI nəticələri, fəaliyyətin qiymətləndirilməsi, kompetensiya boşluqları, karyera gözləntiləri və biznes tələbləri əsasında əməkdaşlar üçün Fərdi İnkişaf Planlarını (IDP) hazırlamaq və onların icrasını izləmək.
İnkişaf planlarının istedadların qiymətləndirilməsi (Talent Review), kritik vəzifələr, yüksək potensiallı əməkdaşlar və Davamçıların Planlaşdırılması (Succession Planning) ilə əlaqələndirilməsini təmin etmək məqsədilə İnsan Resursları üzrə Biznes Tərəfdaş və xətt rəhbərləri ilə əməkdaşlıq etmək.
Şirkətin daxili liderlik potensialının gücləndirilməsinə yönəlmiş liderlik və idarəetmə inkişafı təşəbbüslərini hazırlamaq və koordinasiya etmək.
Təlim və inkişaf tədbirlərinin effektivliyinin və xərc səmərəliliyinin artırılması imkanlarını müəyyən etmək; daxili təlimçilərdən, xarici provayderlərdən, rəqəmsal təlimlərdən və qarışıq (blended) təlim həllərindən məqsədəuyğun istifadəni təmin etmək.
Təlim provayderləri ilə münasibətləri qiymətləndirmək və idarə etmək, provayderlərin keyfiyyət, uyğunluq, xərc səmərəliliyi və biznes tələbləri əsasında seçilməsinə dəstək olmaq.
Təlim fəaliyyəti, iştirak, xərclər, tamamlanma göstəriciləri, qiymətləndirmə nəticələri və əsas inkişaf indikatorlarını əhatə edən dövri L&D dashboard-ları və idarəetmə hesabatları hazırlamaq.
Təlim və inkişaf investisiyaları, kompetensiyaların inkişafı və işçi qüvvəsinin hazırlıq səviyyəsi ilə bağlı rəhbərliyin qərar qəbul etməsini dəstəkləmək üçün müvafiq məlumat və təhlilləri təqdim etmək.
Şirkət üzrə öyrənmə mədəniyyətinin formalaşdırılmasını təşviq etmək və əməkdaşların və rəhbərlərin təlim və inkişaf fəaliyyətlərinə cəlb olunmasını artıran təşəbbüslər hazırlamaq.
Mövcud boşluqları müəyyən etməklə, təkmilləşdirmə təklifləri verməklə və standartlaşdırılmış və davamlı L&D təcrübələrini tətbiq etməklə İR proseslərinin davamlı təkmilləşdirilməsinə dəstək olmaq.
Tələblər
İnsan Resursları, Biznesin İdarə Edilməsi, Hüquq, Psixologiya, Təhsil, Pedaqoji elmlər və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi.
SHRM-SCP, SPHRi və ya CIPD Level 5+ kimi peşəkar HR sertifikatının olması üstünlükdür.
Təlim və İnkişaf (L&D), istedadların inkişafı və ya analoji funksiyada minimum 6–8 il artan məsuliyyət səviyyələrini əhatə edən iş təcrübəsi.
Təlim Ehtiyaclarının Təhlili (TNA), illik təlim planlaşdırılması, təlimlərin koordinasiyası və təlim inzibatçılığı sahəsində praktiki təcrübə.
Təlim büdcəsinin monitorinqi, xərclərin izlənilməsi və rəhbərlik üçün hesabatların hazırlanması sahəsində təsdiqlənmiş təcrübə.
Fərdi İnkişaf Planlarının (IDP) hazırlanması və ya idarə edilməsi, habelə inkişaf fəaliyyətlərinin fəaliyyətin idarə edilməsi prosesi ilə əlaqələndirilməsi üzrə təcrübənin olması üstünlükdür.
Təlimlərin qiymətləndirilməsi və təlimlərin effektivliyinin ölçülməsi sahəsində təcrübə tələb olunur.
Liderliyin inkişafı, istedadların idarə edilməsi və ya Davamçıların Planlaşdırılması (Succession Planning) sahəsində təcrübənin olması üstünlükdür.
Tikinti, mühəndislik, layihələrin idarə edilməsi, infrastruktur, sənaye və ya digər layihə əsaslı mühitlərdə iş təcrübəsinin olması üstünlükdür.
Azərbaycan dili – sərbəst səviyyədə, həm şifahi, həm də yazılı.
İngilis dili – orta-yuxarı səviyyədə (upper-intermediate), həm şifahi, həm də yazılı.