PMD Projects MMC

Texniki Memar

Bu gün

8

Təsvir

  • Təsdiq edilmiş layihə məlumatları, dizayn həlləri, texniki tapşırıqlar və məsul memarların göstərişləri əsasında bütün növ memarlıq cizgilərini hazırlamaq və yeniləmək;
  • Layihənin tələblərinə uyğun plan, kəsik, görünüş, fasad, interyer, tavan, mebel, abadlıq, landşaft və digər işçi cizgiləri, həmçinin memarlıq detal və qovşaqlarını hazırlamaq;
  • Tikinti və istehsalat işlərinin icrası üçün sahə işçi cizgilərini (Shop Drawing), faktiki icra vəziyyətinə uyğun isə faktiki icra cizgilərini (As-Built) hazırlamaq və yeniləmək;
  • Qapı, pəncərə, tamamlama materialları və layihə üzrə tələb olunan digər memarlıq cədvəllərini hazırlamaq;
  • Cizgilərdə ölçü, marka, nömrə, istinad, qeyd, şərti işarə və digər texniki məlumatların düzgün və tam göstərilməsini təmin etmək;
  • Müvafiq rəhbər və məsul memarlardan daxil olan rəy və düzəlişləri layihə sənədlərinə vaxtında tətbiq etmək;
  • Memarlıq cizgilərini konstruksiya, MEP, fasad, interyer, landşaft və digər aidiyyəti layihə fənləri ilə koordinasiya etmək, aşkar edilən uyğunsuzluq və texniki problemləri məsul şəxslərə bildirmək;
  • Texniki məsələlərin həlli üçün öz bilik və təcrübəsi çərçivəsində memarlıq detalları və həlləri hazırlamaq, alternativ həllər təklif etmək və tətbiqdən əvvəl təsdiqə təqdim etmək;
  • Tikinti materiallarının xüsusiyyətlərini, tətbiq, istehsal və montaj prinsiplərini nəzərə alaraq texniki cizgiləri və detalları hazırlamaq;
  • Podratçı və istehsalçılar tərəfindən təqdim edilən sahə işçi cizgiləri (Shop Drawing) və digər texniki sənədləri verilmiş tapşırıq çərçivəsində nəzərdən keçirmək, aşkar edilmiş uyğunsuzluqları məsul memara bildirmək;
  • Layihə üzrə cizgi reyestrini hazırlamaq və yeniləmək, cizgilərin aktual reviziya və statuslarını qeyd etmək, tələb olunduqda işlərin statusu barədə müvafiq rəhbərə məlumat təqdim etmək;
  • Tapşırıq əsasında tikinti sahəsinə səfər edərək faktiki vəziyyət, tətbiq edilmiş materiallar və tikinti həlləri ilə tanış olmaq, tələb olunduqda zəruri ölçü və məlumatları toplamaq, layihə sənədləri ilə faktiki icra arasında aşkar edilən əhəmiyyətli uyğunsuzluqları məsul şəxslərə bildirmək;
  • Hazırlanan cizgi və texniki sənədlərdə Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti normativ sənədlərinin, AzDTN-nin, layihə standartlarının və Şirkətin daxili tələblərinin nəzərə alınmasını təmin etmək;
  • Layihə sənədlərinin hazırlanması, nömrələnməsi, reviziyası, saxlanılması, paylaşılması və arxivləşdirilməsində Şirkətin müvafiq qayda və prosedurlarına riayət etmək;
  • Layihə prosesində iştirak edən struktur bölmələri və digər mütəxəssislərlə əməkdaşlıq etmək, rəhbərlik tərəfindən fəaliyyət sahəsi üzrə verilən digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Ali təhsil – Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Memarlıq işçi cizgiləri, sahə işçi cizgiləri (Shop Drawing), faktiki icra cizgiləri (As-Built), tikinti detalları və qovşaqlarının hazırlanması üzrə praktiki bilik və təcrübə;
  • Tikinti materialları, tikinti və montaj işləri, memarlıq detalları və istehsalat prinsipləri barədə praktiki biliklər;
  • Tikinti normativ sənədləri, o cümlədən AzDTN barədə biliklər;
  • Memarlıq layihələrinin digər fənlərlə koordinasiya prinsipləri barədə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD – yüksək səviyyədə; Revit/BIM və 3D proqramlarında işləmək bacarığı üstünlük hesab olunur;
  • Dəqiqlik, detallara diqqət, yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

Vakansiya haqqında

Son tarix

September 14, 2026

Paylaşılıb

avqust 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak